“Rusiyanı məğlub etmək mümkün deyil” - Putin NATO-ya meydan oxudu


Rusiya Prezidenti Vladimir Putin ABŞ jurnalisti Taker Karlsona verdiyi geniş müsahibədə NATO-Rusiya münasibətlərindən də bəhs edib.
Putin ABŞ, Aİ və NATO-ya müraicətində bildirib ki, "Qərbin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməsi mümkün deyil”.

“İndiyədək döyüş meydanında Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün hay-küylər, qışqırıqlar eşidilirdi. Amma indi deyəsən, onlar başa düşməyə başlayıblar ki, Rusiyanı məğlub etmək mümkün deyil”, - Rusiya lideri bildirib.
Vladimir Putin 1990-cı illərin əvvəlindən NATO-nun genişlənmə səyləri ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib.
“AzPolitika.info”


Tarix: 9-02-2024, 13:58
Xəbəri paylaş





Xəbər lenti