ABŞ bazasına raket zərbələri endirildi

 
Suriyanın şərqində, Deyr əz-Zor əyalətində Amerika hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.
Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, obyektə bir neçə raket atılıb.
Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.
Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.
2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına raket və dron istifadə etməklə hücumlar daha tez-tez baş verir.//APA
Tarix: 14-02-2024, 07:37
Xəbəri paylaş





Xəbər lenti