Ermənistan şirkətləri Rusiyaya getməkdən imtina etdi

Ermənistan şirkətləri Rusiyaya getməkdən imtina etdi
Ermənistan Kazanda keçiriləcək “Gələcək Oyunları” turnirində iştirak etməyəcək.

“Cebhe.info”  “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, bunu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin gənclər idman şöbəsinin müdiri Artur Sedrakyan deyib.

O, sənaye şirkətlərinin müraciət aldığını, lakin namizədlərinin olmadığını əsas gətirərək iştirakdan imtina etdiyini deyib.

Eyni zamanda, nazir komandalar tapılarsa və ölkə rəhbərliyi bunu məqsədəuyğun hesab edərsə, Ermənistanın hələ də iştirak edə biləcəyini istisna etməyib.

Xatırladaq ki, ilk “Gələcəyin Oyunları” fevralın 23-dən martın 3-dək Kazanda keçiriləcək. Komandalar beş kateqoriya (idman, taktika, strategiya, texnologiya və sürət) üzrə yarışacaqlar. 100 ölkədən 260-dan çox komandanın və 2 mindən çox idmançının iştirakı gözlənilir.
Tarix: 18-02-2024, 21:23
Xəbəri paylaş





Xəbər lenti