"İranda vəziyyət "sabit" deyil deyə sərhədlərini bağlaya bilər, biz onların daxili işinə qarışa bilmərik"

"İranda vəziyyət "sabit" deyil deyə sərhədlərini bağlaya bilər, biz onların daxili işinə qarışa bilmərik"

İran quru sərhədlərini bağlamağa hazırlaşır. Bu barədə İranın Quru Qoşunlarının komandanı Əmir Kiumərs Heydəri jurnalistlərə açıqlamasında bildirib: "Biz öz sərhədlərimizi bağlamaq istəyirik. Bu təhlükəsizliklə bağlı atılan addımdır. Bunu başqa ölkələr də edirlər. Burada hansısa qonşumuza qarşı haqsızlıq yoxdur"-deyə Kiumərs bildirib.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqllamasında bildirib ki, bu çıxışlar onu göstərir ki, İran dövləti özünü qorumaq istəyir və ona görə sərhədləri bağlayır. Çünki, İranda bir neçə dəfə İsrailin, həm Amerikanın agenturası həbs olunub, neçəsi hazırda həbsdədir və neçəsi edam olundu.
Politoloq Elşad Həsənov Elşad Həsənov
“Quru sərhədlərdən kənar qüvvələr leqal və qeyri-leqal şəkildə müxtəlif "düşüncə"də olan adamlar keçir. Onlar İranda müəyyən işlər aparır, partlayışlar törədirlər. Və ona görə də bu məsələnin qarşısını almaq üçün lazımi addımları atırlar. Orada da bildirirlər ki, bu qərar qonşu ölkələrə qarşı haqsızlıq deyil. Hətta bizim də "bostanımıza daş atırlar" ki, bu qərar qonşu ölkələrdə də var.
Biz doğrudan da sərhədlərimizi bağlamışıq. Çünki biz işğal edilmiş ərazilərimizdə müharibə aparırdıq. Ərazilərimizi düşməndən təmizləyirdik. Ona görə də sərhədlərin açıq olduğu zaman düşmən qüvvələr, təxribatçı qüvvələr Azərbaycana daxil ola bilərdi. Burada müəyyən terror və təxribat hadisələri törədə bilərdilər. Bunun da qarşısı alınıb. Ona görə də bizim sərhəddimiz uzun müddətdir ki, bağlıdır”-deyə politoloq bildirib.
Politoloqun sözlərinə görə, bir müddət əvvəl Laçın nəzarət sərhəd buraxılış məntəqəsi də açıq idi. Oradan ermənilər Ermənistana gedib, gəlirdilər. Onların “Qırmızı Xaç” cəmiyyətinin üzvləri gəlirdilər. Ermənilər çıxıb gedəndən sonra da artıq bizim sərhədlərimiz bağlanıb. Belə olduğu halda, Azərbaycana göndərilə biləcək hansısa terrorçu, təxribatçı qüvvələrin "yol"u kəsilir. Yəni bu mənada İran da öz ölkəsini müharibədən, terror və təxribat hadisələrindən özünü qorumaq üçün bu yola əl atır.
““Hizbullahın”, “Həmas”ın silahlanmasında, onların maliyyələşdirilməsində İranın rolu olduğunu heç kim təkzib edə bilməz. Bu məsələyə əl atmaları onların daxili işləridir və buna biz heçnə edə bilmərik. Eyni zamanda təbii ki, Paşinyanın da verdiyi qərəzli bəyanatları da İranı müəyyən mənada qayğılandırır. Ermənistanın baş naziri Azərbaycanın guya Ermənistana hücum edəcəyi haqqında bəyanatlar verir. Bu haqda da onun havadarları olan Fransa və Amerikanın bəzi dairələri Azərbaycanın Ermənistana hücum edəcəyi haqqında həqiqətə uyğun olmayan bəyanatları tirajlayırlar”-deyən politoloq bildirib ki, Azərbaycan ancaq öz sərhədlərini və öz ərazi bütövlüyünü təmin edəndən sonra, vəhşicəsinə dağıdılan torpaqlarımızı və ərazilərimizi bərpa etməklə məşğuldur. Ona görə də biz heçkimlə müharibə etmək istəmirik, heç kimin torpağında gözümüz yoxdur.
“Biz sülh müqaviləsini bağlamaq istəyirik və bunun üçün də ciddi cəhdlər göstəririk. Yəni biz Ermənistanın yalançı bəyanatlarında deyildiyi kimi müharibə istəyən ölkə deyilik. Biz sülh qurmaq istəyirik və bunun üçün də sülh təşəbbüsü ilə hər yerdə çıxış edirik. Təəssüf ki, Ermənistanın havadarları olan Fransa və digər ölkələr Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamasına əngəl yaradırlar. Ən böyük əngəllərdən biri də elə Ermənistanın özünün qanunlarıdır və onların konstitusiya haqqıdır. Və Azərbaycanın tələbi ilə yaxın zamanlarda yəqin ki, referenduma çıxarıb, bu məsələni də düzəldəcəklər”-deyə Elşad Həsənov qeyd edib.
“Biz İranın daxili işlərinə qarışmırıq. Onlar sərhədlərini bağlaya da, bilərlər, aça da bilərlər. Bu onların öz işləridir. Ancaq görünən odur ki, İranda vəziyyət heç də sabit deyil. Və orada gərginlik artmaq üzrədir”-deyə politoloq bildirib.
Tarix: 19-02-2024, 23:00
Xəbəri paylaş





Xəbər lenti