Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarına veto qoymayacaq

XİN başçısı: “13-cü sanksiyalar paketində Macarıstanın maraqlarına zidd olan müddəalar artıq yoxdur”
“Macarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin tətbiqinə müdaxilə etməyəcək. Çünki paketdə Macarıstanın maraqlarına zidd olan müddəalar artıq yoxdur”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ ölkələrindən olan həmkarları ilə Brüsseldə görüşündən sonra bildirib.
“13-cü sanksiyalar paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün oldu. Ona görə də hesab edirik ki, vetodan istifadə etmək mənasızdır. Eyni zamanda, hesab edirəm ki, Aİ yanlış qərar qəbul edir”, - deyə nazir bildirib.
Siyarto əlavə edib ki, Budapeştin payı başqa məqsədlər üçün istifadə edilərsə, Macarıstan Avropa Sülh Fonduna Kiyevi dəstəkləmək üçün ayrılan 5 milyard avronun ayrılmasına mane olmayacaq.
Qeyd edək ki, Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin ikinci ildönümündə sanksiyaların 13-cü paketini qəbul etməyi planlaşdırır. Rusiyaya əvvəlki məhdudiyyətlərdən yayınmağa kömək edən üçüncü ölkələrin nümayəndələri də daxil olmaqla, 200-ə yaxın təşkilat və şəxsə qarşı sanksiyalar nəzərdə tutulub. Budapeşt bir neçə Çin şirkətinin sanksiya siyahısına salınması niyyətinə etiraz edib.
Tarix: 20-02-2024, 20:50
Xəbəri paylaş





Xəbər lenti