Britaniya Navalnının öldüyü koloniyanın rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib

Britaniya Navalnının öldüyü koloniyanın rəhbərliyinə qarşı sanksiyalar tətbiq edibAleksey Navalnı

Böyük Britaniya Aleksey Navalnının öldüyü cəzaçəkmə koloniyasında rəhbər vəzifə tutan altı Rusiya vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bunu krallıq hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.
Koloniyanın rəhbəri Vadim Kalinin və onun müavinləri Sergey Korjov, Vladimir Pilipçik, Vasili Vydrin, Aleksandr Obraztsov və Aleksandr Qolyakova qarşı məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, Rusiyalı müxalifətçi Aleksey Navalnının fevralın 16-da  Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində öldüyü bildirilib.
Tarix: 22-02-2024, 15:30
Xəbəri paylaş





Xəbər lenti