Sırski heç vaxt cəbhədə olmamış minlərlə əsgəri üzə çıxardı - Araxamiya



Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Müdafiə Qüvvələrində audit yoxlamasına başlayıb. Yoxlama zamanı heç vaxt döyüşlərdə iştirak etməyən minlərlə hərbçi aşkar edilib.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

"İki il dalbadal deyirlər ki, iki ildir növbəsiz döyüşən briqadalar var. Elə birliklər də var ki, ümumiyyətlə cəbhəyə getməyiblər. Ordu 900 mindir, 300 min nəfər rotasiyasız döyüşür. Bəs onda 600 min haradadır? – Xalq deputatı David Araxamiya "Natalya Moseyçukla mövzu” verilişinin efirində vurğulayıb.

Belə bir anlayış var ki, müəyyən sayda hərbçi cəbhə xəttində döyüşçüləri təmin etmək üçün çalışır. Bununla belə, artıq yoxlamanın əvvəlində Sırskı döyüş əməliyyatlarında birbaşa iştirak edə biləcək xeyli sayda hərbi qulluqçu tapıb.



"Şərti olaraq, sadəcə olaraq Baş Qərargahda ezam olunmuş və döyüşməyən 8 min nəfər artıq tapılıb”, – Araxamiya əlavə edib. 

Qurum rəsmisi vurğulayıb ki, bu əsgərlər artıq əmr alıb və təlim keçirlər. Onlar cəbhə xəttində döyüş briqadalarını gücləndirmək üçün göndəriləcək.

"İnanıram ki, (işğalın əvvəlindən cəbhədə olmayan döyüşçülərin - red.) sayı daha çox olacaq”, - o bildirib.
Tarix: 23-02-2024, 11:46
Xəbəri paylaş





Xəbər lenti