"Sanksiyalar yalnız başlanğıc idi" - Ağ Evdən Navalnının ölümünə REAKSİYA

"ABŞ prezidenti Co Baydenin administrasiyası Aleksey Navalnının ölümü ilə bağlı yeni addımlar atacaq, cümə günü tətbiq edilən sanksiyalar yalnız başlanğıc idi".
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
"Biz administrasiyadan Navalnının ölümünə görə Kremlin cavabdehlik daşıması üçün daha çox addımlar atacağını gözləməliyik. Bu gün yalnız başlanğıc idi", - Kirbi bildirib.  \\Redaktor.az
Tarix: 23-02-2024, 22:12
Xəbəri paylaş





Xəbər lenti