Almaniya: Ukraynanın qərbində PUA-ların vurulmasını NATO qüvvələri həyata keçirsin

Almaniya: Ukraynanın qərbində PUA-ların vurulmasını NATO qüvvələri həyata keçirsin

Almaniya parlamentinin hakim “Yaşıllar” və “Azad Demokratlar” partiyasından olan deputatları, eləcə də müxalif Xristian Demokrat İttifaqı (XDİ) NATO ölkələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynanın qərbində pilotsuz təyyarələrin vurması təklifini dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, XDİ nümayəndəsi Roderik Kiesevetter bildirib.
"Bu, Ukraynanın hava hücumundan müdafiəsini yüngülləşdirəcək və cəbhəni qorumağa imkan verəcək", - deyə o qeyd edib.
Nümunə olaraq, müxalifətçi aprel ayında İran və onun etibarlı qüvvələrinin kütləvi hava hücumunu dəf etmək üçün ABŞ, Fransa və İngiltərənin kömək etdiyi İsraili xatırladıb. Onun sözlərinə görə, bu onu göstərir ki, oxşar vəziyyətdə yardım göstərən dövlətlər avtomatik olaraq münaqişə tərəfi sayıla bilməz.
"FAZ" nəşrinin məlumatına görə, Qərbi Ukrayna üzərində Rusiya pilotsuz təyyarələrini vurmaq üçün Rumıniya və Polşada yerləşdirilən NATO qüvvələri tərəfindən idarə olunan NATO hava hücumundan müdafiə sistemlərindən istifadə ideyası Münhen Təhlükəsizlik Şurasının (MSC) eksperti Niko Lange tərəfindən irəli sürülüb və NATO Baş Katibinin keçmiş müavini, general-leytenant Horst Heinrich Braus tərəfindən dəstəklənib.
Langenin fikrincə, bu, Ukrayna sərhədində 70 kilometrlik təhlükəsiz zona yaratmağa və cəbhənin digər ərazilərində Ukrayna hava hücumundan müdafiə qüvvələrini azad edə bilər.
"Əgər Polşa Ukrayna səmasının bir hissəsini bağlasa, bu, Ukraynaya onsuz da çatışmayan qurğuları və raketləri başqa bölgələrə köçürməyə imkan verər", - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat katibi İlya Yevlaş bildirib.
“Bu barədə ilk fikirlər Rusiya raketinin Polşa hava məkanına uçmasından sonra yaranıb. Sonra Polşanın heç olmasa Qərbi Ukraynanın bir hissəsini bağlaya biləcəyi ilə bağlı danışıqlar olub. Bu, bizə onsuz da az olan, daim daşınmağa ehtiyacı olan raketlərimizi başqa obyektlərə köçürməyə imkan verər. Ukraynada bizim çoxlu mühüm obyektlərimiz və böyük ərazimiz var – onu yalnız yerüstü qurğularla müdafiə etmək çətindir”, - deyə o bildirib.
Tarix: 12-05-2024, 11:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}