Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

Molla rejimi milli fəalın evinə basqın etdi
İranda molla rejimin milli fəallara qarşı amansız rəftarı davam edir.

Lent.az xəbər verir ki, bu dəfə Almaniyada yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehdi Kuxianın anası Firəngiz Fəthi və bacısı dünən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) şəhərində repressiv qüvvələr tərəfindən həbs ediliblər.

Mehdi Kuxian məsələ ilə bağlı şəxsi “Instagram” hesabında belə yazıb:

“Bu gün anamın evinə iki dəfə hücum olub. Repressiv hökumət məmuru evə girərək elektron cihazları götürüb anamın və bacımın üzərinə gözyaşardırıcı qaz sıxıblar. 25 polis əməkdaşı evin qapısını vəhşicəsinə qıraraq anamı və bacımı tutub naməlum yerə aparıblar”.
Tarix: 13-05-2024, 12:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}