Sankt-Peterburqda Rabitə Akademiyasında partlayış - Yaralılar var


Rusiyanın Sankt-Peterburq şəhərinin Tixoretski prospektində yerləşən Budyonnıy Rabitə Akademiyasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
İlkin məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır, onlardan biri reanimasiyadadır. Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir.
Akademiyaya pilotsuz təyyarə ilə hücum edildiyi iddia edilir. Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Tarix: 17-05-2024, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}