“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın şimal-şərqdə hücumunu gücləndirəcəyini açıqlayıb. O, xəbərdarlıq edib ki, Kiyev cəbhə xəttini saxlamaq üçün lazım olan hava hücumundan müdafiə vasitələrinin yalnız dörddə birinə malikdir. Zelenski bu barədə “Frans-press” agentliyinə müsahibəsində bildirib.Mayın 10-da rus qoşunları Xarkov vilayətində gözlənilməz hücuma keçib və bu, il yarımda ən böyük ərazini ələ keçirməyə müvəffəq olub.
Zelenski bildirib ki, rus qoşunlarının hücumu Ukrayna ordusu tərəfindən dayandırılmazdan əvvəl şimal-şərq sərhədi boyunca 5-10 kilometr irəliləməyə nail olub. O, həmçinin hesab edir ki, Xarkov vilayətində hərbi əməliyyatların intensivləşməsi daha geniş hücumun ilk dalğası ola bilər.
"Mən deməyəcəyəm ki, bu, Rusiya üçün böyük uğurdur. Amma biz ayıq olmalı və başa düşməliyik ki, onlar bizim ərazimizdə daha da dərinliyə getməyə çalşırlar” - deyə, Zelenski əlavə edib.
Bildirib ki, Xarkov vilayətində vəziyyət sabitləşir və nəzarətdədir.
“Frans -press”-in məlumatına görə, rus qoşunlarının 9-15 may tarixləri arasında 278 kvadrat kilometr ərazini ələ keçirdiyini təxmin edilir. Bu, 2022-ci ilin sonundan bəri ən yüksək göstəricidir.
Zelenski yenidən müttəfiqlərini Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri verməyə çağırıb.
“Bu gün Ukraynanı qorumaq üçün lazım olanın təxminən 25 faizi var”, - deyə Zelenski bildirib. O əlavə edib ki, Rusiya ilə hava paritetinə nail olmaq üçün Ukraynaya 120-130 F-16 qırıcısı və ya digər müasir təyyarələr lazımdır.

“Azpolitika.info”
Tarix: 18-05-2024, 14:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}