Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO

Helikopter qəzasında ölənlərin adları açıqlandı
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.

Musavat.com xəbər verir ki, İran mediası qəzada həlak olanların adlarını açıqlayıb.

Belə ki, yayılan ilkin məlumata görə, İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti helikopter qəzasında həlak olub.

"Mehr" Xəbər Agentliyi Şərqi Azərbaycan vilayətində helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisinin ölməsi xəbərini təsdiqləyib. SEPAH-a bağlı bəzi Telegram kanalları da bu xəbəri təsdiqləyib.

Qeyd olunub ki, helikopterdə bəzi cəsədlər yanıb və kimliyini müəyyən etmək mümkün deyil.

Helikopter qəzasında ölənlərin adları açıqlandı
Helikopter qəzasında ölənlərin adları açıqlandı

Tarix: 20-05-2024, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}