Ada mühasirədədir - Pekin dişlərini qıcayıb...
![Ada mühasirədədir Ada mühasirədədir](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716625947_0001.jpg)
Çinin Tayvan bölgəsindəki hərbi təlimlərə başlaması beynəlxalq aləmdə böyük narahatlıq yaradıb. Çin silahlı qüvvələri hərbi təlimlər vasitəsilə adanı mühasirəyə alıb və real döyüş imkanlarını yoxlamaq üçün müxtəlif ssenarilər tətbiq edib. Çin ordu komandanlığının yaydığı xəritələrdə hərbi gəmilərin adanın hər tərəfində yerləşdirildiyi göstərilib. Çin ordusu ada ətrafında real döyüş imkanlarını nəzərdən keçirir. Çin komandanlığının yaydığı bəyanatında bunlar yazılıb: “Manevrlər Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr, eləcə də kənardan müdaxilə etməyə çalışan qüvvələr üçün ciddi xəbərdarlıq və cəzadır”.
Təlimlər Tayvan boğazında, Tayvanın şimalında, cənubunda və şərqində, eləcə də Tayvanın nəzarətində olan Kinmen, Matsu, Vuqiu və Dongyin adalarının ətrafındakı ərazilərdə keçirilir, komandanlığın bəyanatında deyilir ki, Çin ilk dəfə bu miqyasda təlimlər keçirir. Çin dövlət mediası bildirib ki, təlimlərdə raketlər daşıyan onlarla döyüş təyyarəsi iştirak edir. Tayvanın müdafiə nazirliyi təlimləri pisləyərək, adanın ətrafındakı bölgələrə qüvvələr göndərdiyini, hava hücumundan müdafiə və quru raket qüvvələrinin hədəfləri izlədiyini və ərazisini qoruya biləcəyinə əmin olduğunu bildirib. Çinin hərbi təlimləri Tayvana yaxınlaşmaq istəyən ticarət gəmilərinə mane olur. Bunun isə dünya ticarətinə mənfi təsiri haqqında rəylər verilir. Yarımkeçiricilərin istehsalının böyük hissəsi Tayvanda həyata keçirilir.
Pekin hərbi təlimlər vasitəsilə Tayvanda yeni prezidentin andiçmə mərasiminə cavab verib. Bu ilin başlanğıcında Tayvanın prezidenti seçilən Lai Çinq-Tenin bugünlərdə keçirdiyi andiçmə mərasimi Pekində narazılıqla qarşılanıb. Adanın hazırki prezidenti və onun lideri olduğu partiya müstəqilliyin tərəfdarıdır. Çinin xarici işlər naziri Vanq Yi Lainin çıxışını "rüsvayçı" adlandırıb. Çinin dövlət televiziyası olan CCTV, Lainin andiçmə nitqinin “son dərəcə zərərli” olduğunu və Çinin əks tədbirlərinin qanuni və zəruri olduğunu bildirib. Halbuki, Lainin Çinlə danışıqlar təklifini Pekin dəfələrlə rədd edilib. Pekin Tayvanın gələcəyini adanın 23 milyon əhalisinin deyil, yalnız Çinin 1,4 milyard əhalisi həll edə biləcəyi qənaətindədir.
ABŞ-ın bölgədəki yüksək rütbəli generalı mayın 23-də bildirib ki, Çin 2023-cü ildən başlayaraq Tayvan boğazlarında hərbi təlimlərə ara verməyib. ABŞ-ın Hind-Sakit Okean Komandanlığının müavini general-leytenant Stiven Sklenka Kanberradakı çıxışında deyib ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusu Tayvanın dəniz və hava blokadasını, amfibiya hücumlarını və əks-müdaxilə əməliyyatlarını simulyasiya edib.
Mövcud vəziyyət Vaşinqtonla yanaşı Tokionu da ciddi narahat edib. Çinin Tokiodakı səfiri Yaponiyanın məsələyə müdaxilə edəcəyi halda yapon xalqının “odun içinə atılacağını” bildirib. Bu açıqlama Yaponiya Xarici İşlər Nazirliyinin narazılığına səbəb olub. Nazirlik səfirə xəbərdarlıq edib. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi jurnalistlərə bildirib ki, “Tokioda çalışan səfirin belə bir şərh verməsini son dərəcə yersiz hesab edirik və dərhal buna qarşı kəskin etirazımızı bildirdik”. Ümumiyyətlə Çinlə Yaponiya arasındakı münasibətlər son aylarda gərginləşib. Yaponiyanın Filippinlə birgə ABŞ-la üçlü ittifaq yaratması Pekinin narahatlığına səbəb olub.
“Atlas” Araşdırmalar Mərkəzi
Tarix: 25-05-2024, 19:52
-
Bu gün, 15:22
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
-
Bu gün, 15:17
Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?
-
Bu gün, 15:13
Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?
-
Bu gün, 15:05
Bakıdan İrəvana göndərilən sənəddə kritik detal: Əliyev açıq mesaj verdi
-
Bu gün, 10:56
Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?.. -Müəllimləri imtahana çağıranların özlərinin imtahana ehtiyacı var
-
Bu gün, 10:52
Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
-
Bu gün, 10:51
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Bu gün, 10:47
Aİ “Meta”nı qaydalara əməl etməməkdə ittiham edir
-
Bu gün, 10:38
Pilot layihə adı altında məmur maxinasiyaları... Dələduz şirkətləri himayə edənlər kimdir? VİDEO
-
Bu gün, 10:36
"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT
-
Bu gün, 10:31
Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
-
Bu gün, 10:29
"Unique Group" valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 09:58
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Bu gün, 09:57
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir?
-
Bu gün, 09:51
“Türkiyədə 14 manat olan dərman Azərbaycanda 70 manatdır”
-
Bu gün, 07:47
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
-
Bu gün, 07:45
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Bu gün, 00:02
Xaçmazda 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Dünən, 22:31
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
-
Dünən, 22:28
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib
-
Dünən, 22:26
Qiymət artımı nələrə səbəb olacaq?
-
Dünən, 22:24
Müştərisi “İstanbul Meyhane Bilgəh”dən narazıdır - Əlavə pullar alınır
-
Dünən, 22:23
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
-
Dünən, 22:21
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
-
Dünən, 22:19
Abid Şərifova məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında
-
Dünən, 22:18
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
Dünən, 22:15
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib
-
Dünən, 21:47
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
-
Dünən, 21:46
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
-
Dünən, 21:41
Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO
{sape_links}{sape_article}