“GÜRCÜSTAN ÜÇÜN GERİYƏ DÖNÜŞ ÇƏTİN OLACAQ…”- SAHİB MƏMMƏDOV


Gürcüstan gərgin ictimai-siyasi şəraitdə “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etdi. Prezidentin vetosu da dəf edilib. Qalan məsələlər texniki məsələlərdi.
Amma...İş bununla bitdimi? Gürcüstanda xarici təsirlərin şəffaflığı təmin olunacaqmı? Yəni donor vəsaitləri nə üçün alınıb, məqsəd nədir, hara xərclənəcək, kimlər alıb və s.
Fikirləşirəm ki, tam nəzarət mümkün olmayacaq. Çünki 90-cı illərdən Gürcüstanda xarici donorların fəaliyyətinə heç bir ciddi maneə olmayıb.
 TEZADLAR.AZ xəbər verir ki, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib
 “Onlar da kifayət qədər oturuşublar. Nəzərə alsaq ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə də Gürcüstanı region üçün bir növ "İsveçrə" edib, yəni bütün regional ofislər Gürcüstanda yerləşir və tədbirlər də Gürcüstanda təşkil olunur, həm də Gürcüstan 2013-cü ildən Azərbaycana qarantların ötürülməsi üçün 3-cü ölkə funksiyasını yerinə yetirir, o zaman məsələnin bir qədər qəliz olduğunu müşahidə edəcəyik.
Əvvəla, bu dövr ərzində Gürcüstandakı xarici ölkələrin "yumuşaq təsir" donorları öz işini yaxşı görüb. Həm qanunvericilik sistemini istədikləri şəkildə dəyişiblər, həm də hakimiyyət daxilində onların maraqlarını müdafiə edənlər çoxdur (ən parlaq misal elə ölkə prezidentidir).
İkincisi, qanun ciddi şəkildə tətbiq olunsa, bəzi donorlar gizli və üçüncü ölkələrdən maliyyələşmə sxeminə keçəcək.
Qeyd edim ki, ölkələrdə siyasətə təsir üçün "yumuşaq təsir" donorları daha yaxşı imkana malikdir. "Sərt təsir" donorlarının işi isə ölkələri ciddi qarşıdurmalara hazırlamaqdır.
Bir sözlə, baxaq görək proseslər hara gedəcək. Nəzərə alaq ki, Gücüstan üçün bəzi məsələlərlərdə geriyə dönüş Qırğızısatna baxanda daha çətin olacaq”, -deyə Sahib Məmmədov vurğulayıb.
 Xatırladaq ki, bir neçə gün öncə  Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa komissarlarından biri ilə telefon danışığı zamanı hədələndiyini də bildirib. Belə ki, xarici agentlər haqqında qanunu müzakirə edərkən həmsöhbəti onu bu yaxınlarda Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd edilməsindən misal çəkib...
Tarix: 30-05-2024, 18:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}