Almaniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verdi

Almaniya Ukraynaya öz silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verdi
Almaniya hökuməti Ukrayna ordusuna verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib. Belə ki, Almaniya Ukraynaya verdiyi silahlarla Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə icazə verib.

Tribunainfo.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat katibi Şteffen Gebeştrayt açıqlayıb.

Onun sözlərinə görə, Rusiya son həftələrdə Xarkov yaxınlığında mövqelərdən hücumlar təşkil edir: “Düşünürük ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq bu hücumlardan özünü müdafiə etmək hüququna malikdir”.

Qeyd edək ki, bundan əvvəl Almaniya Kansleri Olaf Şolts Rusiya ərazisinə hücumlar endirməyin əleyhinə olduğunu dəfələrlə bildirib. Məhz buna görə o, bir neçə dəfə Ukraynaya “Taurus” qanadlı raketlər verilməsinə qarşı çıxıb.
Tarix: 1-06-2024, 11:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}