“Rusiya işğal üçün hər zaman bəhanə tapacaq” - Zelenski

bitmap-img6

“Dondurulmuş münaqişə adlanan hər şey müharibədir - yavaş müharibə, ya yavaş işğal və ya tərəflər arasında dondurulmuş müharibə”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Guardian”-a müsahibəsində deyib.

Zelenski əlavə edib ki, Rusiya münaqişənin dondurulmasından bir müddət sonra yenidən müharibəyə başlamaq üçün istifadə edəcək: “Elə bir an gələcək ki, bütün bunlar bu və ya digər səbəbdən “donunu açacaq”. İşğalçı işğal üçün hər zaman bəhanə tapacaq. Döyüş meydanında mövqeyini möhkəmləndirmək üçün ona(Rusiyaya-red.) fasilə lazımdır. Harada çatışmazlığının olduğunu anlamaq üçün. Biz bunu bilirik. Bizdə də eyni çatışmazlıqlar var, bu haqda açıq danışırıq...

Onların (Rusiya Federasiyasının - red.) bizdən çox texnikası var, amma çatışmayan cəhətləri də var - təcrübəli hərbçilər, artilleriya mərmiləri, raketlər çatışmır. Ona görə də bu pauza onlara fayda verəcək, amma bizə əlbəttə ki, yox. Onlar güclənəcəklər və bundan sonra Normandiya müqavilələrində olduğu kimi ultimatum verəcəklər - bütün əraziləri tanıyın, Alyansda olmayın (NATO - red.), Avropaya inteqrasiyanı unudun. Və belə şərtlər çox olacaq”.
Tarix: 1-06-2024, 18:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}