Keşiş Baqratın aksiya iştirakçılarına pul verdiyi üzə çıxıb: Keçmiş “mer”lərin həbsinin səbəbi üzə çıxdı

Keşiş Baqratın aksiya iştirakçılarına pul verdiyi üzə çıxıb: Keçmiş “mer”lərin həbsinin səbəbi üzə çıxdı
Ermənistanda bir müddətdir davam edən etiraz aksiyalarında iştirak edən Qarabağdan könüllü köşmüş erməniləri iştirakı ilə bağlı yeni məlumatlar üzə çıxıb. Tribunainfo.az xəbər verir ki, hazırda Keşiş Baqratın ətrafında xeyli sayda Xankəndidən İrəvana gəlmiş ermənilərin olduğu təsdiqlənib.

Bunun təşkilatçıları isə Ağdərə, Əsgəran və Xankəndinin qondarma “mer”ləri olduğu isə Ermənistan hökumətinə çoxdan məlum imiş. Elə bu səbəbdən də hər üçünə qarşı cinayət işi açılaraq, həbs olunublar.
Tribunainfo.az bildirir ki, Qarabağdan könüllü köçmüş ermənilər aksiyalarda heç də təmənnasız iştirak etmirmişlər. Belə ki, Keşiş Baqratın adamları onlara aksiyada iştirak etdikləri üçün pul ödəyirmiş. Baqratın maliyyəçisinin keçmiş prezident Robert Koçaryan olması təsdiqlənərsə, məlum olacaq ki, Ermənistandakı “Qarabağ klanı” hakimiyyəti yenidən ələ keçirmək üçün ciddi hazırlıqlara başlayıb. Hətta təxribata belə gedə bilərlər. Necə ki, iki gün öncə aksiya iştirakçıları polisə su butulkaları, dəmir və daş parçaları ataraq, təxribata cəhd etmişdilər.
Baş nazir Nikol Paşinyanın ailə üzvlərinə məxsus “Haykakan Jamanak” qəzeti isə bu barədə yazıb ki, Qarabağdan köçən ermənilərin kilsənin oyunlarına alət olmasından hökumətin xəbəri var və bunun qarşısını almaq üçün müəyyən addımlar atmağı planlaşdırır. “Hökumət yaxşı bilir ki, aksiyalar getdikcə səngiyir. Bunu müxalifət də anlayır ki, əgər bu dəfə istədikləri nəticəni ala bilməsələr, siyasi ömürlərini başa vurmuş olacaqlar. Ona görə də, Qarabağ ermənilərinə aksiyada iştirak üçün külli miqdarda pul paylayırlar. Həmin pulların keçmiş “mer”lər tərəfindən iştirakçılara çatdırılması faktı isə istintaqda çoxdan təsdiqlənib”.
Tarix: 1-06-2024, 22:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}