Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun QÜVVƏYƏ MİNDİ

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan parlamenti yayıb.

Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.
Tarix: 3-06-2024, 11:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}