Mitinqlərə pulla adam toplayan şəxs HƏBS EDİLDİ - FOTO

Mitinqlərə pulla adam toplayan şəxs HƏBS EDİLDİ
Dünən İrəvanda həbs edilən 29 yaşlı Narek Tevosyan revanşist və irqçi xislətli keşiş Baqrat(Vazgen) Qalstanyanın rəhbərlik etdiyi hərəkat üzvlərinə pul çatdıraraq onların təşkil edilən aksiya və toplaşma yerlərinə gəlməsini təmin etməkdə ittiham olunur.

Moderator.az xəbər verir ki, “Haykakan Jamanak”ın məlumatına görə, Narek Tevosyan ötən ilin sentyabrında Qarabağdan köçkün gəlmiş və həmin vaxtadək Xankəndində yaşamış ermənilərdən biridir.

Xatırladılır ki, adıçəkilən şəxs barəsində dövlət cinayət işi başlanaraq məhkəməyə təqdim olunmaq üçün həbs qətimkan tədbiri seçilib, daha sonra o, məhkəmənin qərarı ilə həbs edilib .

Ermənistan İstintaq Komitəsi “Vətən naminə” və “Müqəddəs Hərəkat” aksiyalarında iştirak edən şəxslərə maddi yardım etmək cəhdlərinin, o cümlədən itaətsizlik, küçələrin kəsilməsi və onların daxilində keçirilən nümayişlərin aşkar edildiyini bildirib .
Tarix: 6-06-2024, 13:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}