Nüvə müharibəsi təhlükəsi artırmı? - Düyməni ilk sıxan HANSI ÖLKƏ olacaq?
![Nüvə müharibəsi təhlükəsi artırmı? Nüvə müharibəsi təhlükəsi artırmı?](https://dia-az.info/uploads/posts/2024-06/1717742213_0001.jpg)
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bugünə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir. Müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib. Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar. Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib.
Həmişə olduğu kimi nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedevdir. O bildirib ki, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər. “Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı” deyən Medvedev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub. Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdırlar və bu qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsini məsələsi barədə fikir bildirmirlər.
Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var. Ancaq Çin rəsmiləri rusiyalı tərəfdaşları kimi “nüvə müharibəsi” mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri açıqlama verərək Pekinin müdafiə strategiyasında nüvə silahından iqtifadə edilməməsinin tərəfdarıdır: “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.
Buna baxmayaraq, Vaşinqton Pekinin Rusiyaya artan hərbi dəstəyində narahatdır. Halbuki, Pekin Rusiyaya hərbi texnika vermədiyini israr edir. Digər tərəfdən Pekin nüvə silahından istifadə edilməməsi strategiyasını bəyan etsə, nüvə arsenalını ildən ilə artırır. Çinin Tayvan ətarfındakı hərbi təlimlərində nüvə başlığı daşıya bilən gəmilər də var idi. Bu təlimlər rəsmi olaraq başa çatsa da, Çinin ada ətrafında hərbi fəaliyyətini bitirməyib, döyüş təyyarələri və hərbi gəmilər birgə döyüş hazırlığı patrulunu davam etdirirlər.
Çinin bölgədə artan gücü Hindistanı ciddi narahat edir. Hindistan strateji dəniz layihəsi reallaşdırır, Andhra Pradeş əyalətində nüvə sualtı qayıqları üçün yeraltı baza tikilir. Qərargahı Visakhapatnamda yerləşən Şərq Dəniz Komandanlığı tərəfindən idarə olunan Hindistanın şərq sahilindəki bu qabaqcıl dəniz bazası Benqal körfəzində əsas nöqtə kimi xidmət edəcək. Layihə 20 kvadrat kilometr ərazini əhatə edir və 2025-2026-cı illərdə tam istismara verilməsi gözlənilən bazada ən azı 10 nüvə sualtı qayığı yerləşdiriləcək. Bazanın tikintisi dağa çoxsaylı tunellərin, böyük dayaqların və dəstək qurğularının yaradılması da daxil olmaqla geniş mühəndislik səylərini əhatə edir. Dəqiq dəyəri bilinməsə də, hesablamalar onun 3,75 milyard dollara çatacağını göstərir.
Bu arada, Avropanın Pekinin siyasətindən daha bir narahatlığı var. Praqada yerləşən analitik mərkəzi olan Beynəlxalq Əlaqələr Assosiasiyasının son araşdırmasına görə, Çin Avropa seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə edir. Pekin yeni Avropa Parlamentinin Çinə münasibətinin dəyişəcəyinə ümidlidir.
“Atlas” Araşdırmalar MərkəziSiam-az.com
Tarix: 7-06-2024, 11:12
-
Bu gün, 15:22
“Azercell”ə qardaş Türkiyədə QADAĞA!!! - Şirkətin umrunda da deyil...
-
Bu gün, 15:17
Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?
-
Bu gün, 15:13
Saleh Məmmədovun "sevimlisi" ATF MMC-də nə baş verir? - Əvəz Qocayevlə sədr niyə küsüb?
-
Bu gün, 15:05
Bakıdan İrəvana göndərilən sənəddə kritik detal: Əliyev açıq mesaj verdi
-
Bu gün, 10:56
Savadsız kimdir: 40 ilin müəllimi, yoxsa?.. -Müəllimləri imtahana çağıranların özlərinin imtahana ehtiyacı var
-
Bu gün, 10:52
Fransa bölgədə növbəti hərbi münaqişəyə təhrik edir
-
Bu gün, 10:51
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Bu gün, 10:47
Aİ “Meta”nı qaydalara əməl etməməkdə ittiham edir
-
Bu gün, 10:38
Pilot layihə adı altında məmur maxinasiyaları... Dələduz şirkətləri himayə edənlər kimdir? VİDEO
-
Bu gün, 10:36
"Atlant" İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir - ŞİKAYƏT
-
Bu gün, 10:31
Oqtay Əsədova bağlı olduğu deyilən şirkət 370 minlik tender qazandı
-
Bu gün, 10:29
"Unique Group" valyuta vəsaitini xaricdən geri qaytarmayıb
-
Bu gün, 09:58
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Bu gün, 09:57
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir?
-
Bu gün, 09:51
“Türkiyədə 14 manat olan dərman Azərbaycanda 70 manatdır”
-
Bu gün, 07:47
Diplomlu işsizlər və statistik iş yerləri - AKTUAL
-
Bu gün, 07:45
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Bu gün, 00:02
Xaçmazda 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Dünən, 22:31
Kardiologiya İnstitutunda ÖZBAŞINALIQ - direktor nazirin əmrini heçə sayır?
-
Dünən, 22:28
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Nizami Salahovun ailəsini ziyarət edib
-
Dünən, 22:26
Qiymət artımı nələrə səbəb olacaq?
-
Dünən, 22:24
Müştərisi “İstanbul Meyhane Bilgəh”dən narazıdır - Əlavə pullar alınır
-
Dünən, 22:23
Siyasi qüvvələrin arzusu və ümidi: fərqli seçki gözləntisi - NƏ BAŞ VERİR?
-
Dünən, 22:21
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
-
Dünən, 22:19
Abid Şərifova məxsus olduğu bildirilən şirkət məhkəmə qarşısında
-
Dünən, 22:18
"Nar" şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
Dünən, 22:15
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Poladlı kəndində keçirilib
-
Dünən, 21:47
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
-
Dünən, 21:46
KXCP sədri seçkiyə haradan qatılacaq? - AÇIQLAMA
-
Dünən, 21:41
Beyləqan xəstəxanasında qadınlara iynə vurulan otağa gizli kamera qoyulub? – ŞOK İDDİA / VİEO
{sape_links}{sape_article}