NATO “F-16” qırıcılarının Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləyir - Bu BÖYÜK SAVAŞ deməkdir...

NATO “F-16” qırıcılarının Rusiya ərazisinə zərbələr endirməsini dəstəkləyir - Bu BÖYÜK SAVAŞ deməkdir...
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Ukraynaya veriləcək “F-16” qırıcıları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirilməsini dəstəkləyir.

Reyting.az xəbər verir ki, Stoltenberq bunu Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclasının əvvəlində keçirdiyi brifinqdə deyib.

Baş katibə yayın sonuna qədər “F-16” üçün kifayət qədər sayda ukraynalı pilotun yetişdiriləcəyi və bu təyyarələrdən Rusiya ərazisinə zərbələr endirmək üçün icazənin verilib-verilməyəcəyi ilə bağlı sual ünvanlanıb.

Stoltenberq bildirib ki, alyans müttəfiqləri texniki xidmətə dəstək verə biləcək pilotları və texniki personalı hazırlamaq üçün Ukrayna ilə işləyir: “Onlar bunu mümkün qədər tez başa çatdırmaq üçün çox çalışırlar. Amma bu, böyük bir işdir. Bunun üçün çoxlu səylər var”.

Baş katib xatırladıb ki, təlim mərkəzləri Rumıniyada fəaliyyət göstərir. O, əmin edib ki, hər şey mümkün qədər tez edilir.

Eyni zamanda, o, bildirib ki, müxtəlif müttəfiqlər öz silahlarının istifadəsinə müxtəlif məhdudiyyətlər tətbiq ediblər, lakin o, bəzi müttəfiqlərin Rusiya ərazisindəki hərbi obyektlərin vurulması ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını alqışlayır.

“Biz nə baş verdiyini başa düşməliyik. Bu, aqressiv müharibədir. Rusiya Ukraynaya hücum edib. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq hüquqa görə Ukraynanın özünümüdafiə hüququ var. Buna Rusiya ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək də daxildir”,- Stoltenberq əlavə edib.

Baş katib deyib ki, özünümüdafiə eskalasiya deyil, BMT Nizamnaməsində təsbit olunmuş hüquqdur: “Bizim Ukraynaya öz hüququnu müdafiə etməkdə köməklik göstərmək hüququmuz var və bununla müttəfiqlər münaqişənin tərəfinə çevrilmir”.
Tarix: 14-06-2024, 00:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}