Dərbənddə sinaqoq və kilsə avtomat silahlardan atəşə tutulub, ölən və yaralı var

Dərbənddə sinaqoq və kilsə avtomat silahlardan atəşə tutulub, ölən və yaralı var


Rusiyanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00- Qeyd) Dərbənddə naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. İlkin məlumata görə, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb. Şübhəlilərin qaçdığı avtomobil müəyyən edilib. Ölən və yaralanan polis əməkdaşları ilə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda vurğulanıb.

Tarix: 23-06-2024, 22:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}