"Qorxuruq ki, ev uçacaq, biz də altında qalacağıq...” - REPORTAJ

"Qorxuruq ki, ev uçacaq, biz də altında qalacağıq...” - REPORTAJ Cəlilabad rayon Muğan kənd sakini Əlihüseynova Gülsuma Miri qızı evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı aidiyyati qurumlara müraciət edib.

Rayon sakininin evi, doğrudan da, təhlükəli vəziyyətdədir. Muğan kənddə olarakən, özümüz də bunun şahidi olduq.

"Qorxuruq ki, ev uçacaq, biz də altında qalacağıq...” - REPORTAJ
Muğan kəndi - bu kəndin əvvəlki adı Svetlaya-zarya olub və kəndin belə adlanmasının səbəbi də vaxtilə bu kəndə rusların yaşaması olub. Sonradan bir çox kəndlərimiz kimi adından rus adı götürülərək Muğan adlandırılıb.

"Bircə ümidim sizədir...”

"Bircə ümidim sizədir. Siz mənim bu evsizlik məsələmi gündəmə gətirsəniz, inanıram ki, kömək edəcəklər", - deyir Gülsümə Əlihüseynova.
"Qorxuruq ki, ev uçacaq, biz də altında qalacağıq...” - REPORTAJ
Dediyinə görə, çox ağrılı həyat hekayəsi var: həyat yoldaşından ayrıldıqdan sonra iki azyaşlı qızı ilə ata evində qayıdır. Burda isə anası və qardaşı ona bir koma qaralayıb ora köçürürlər. Uşaqlarını bu evdə böyüdür. Amma son zamanlar yağan intensiv yağış nəticəsində bir çox evlər kimi Gülsüma Əlihüseynovanın da evini su basır.

Başqa evlər bu sel sularına tab gətirsə də, şikayətçinin palçıqdan qaraladığı bu koma sel suları nəticəsində iki yerə bölünür.

Məsələylə bağlı aidiyyatı qurumlara müraciət etdiyini də deyir, amma nəticə yoxdur.

"Qorxuruq ki, ev uçacaq, biz də altında qalacağıq...”

"Məsələylə bağlı bir neçə dəfə rayon icra hakimiyyətində də olmuşam. Evimin təhlükəli vəziyyətdə olduğunu bildirmişəm. Rayon rəhbərliyi də kənd bələdiyyəsinə göstəriş verib. Amma kənd bələdiyyəsi köməklik üçün imkanının olmadığını bildirib. Mən demirəm mənə ev tiksinlər. Heç olmasa tikinti materiallarına kömək etsinlər ki, mən balaca bir koma qaralaya bilim ki, sabah onu da sel yuyub aparmasın. Sizin vasitənizlə rayonumuzun icra başçısı Əziz Əzizova müraciət edərək, kömək istəyirəm. İmkansız qadınam hər ay 80 manat sosial yardım alıram. Böyük qızım Ulduzə gəlin köçüb və indi kiçim qızım Vüsaləylə bu evdə yaşayırıq, əgər adına yaşamaq deyilərsə. Hər an qorxuruq ki, indi ev uçacaq və biz də altında qalacağıq”, - G.Əlihüseynova bildirir.

Muğan kənd bələdiyyəsinin sədri Rasif Həsənov Arqument.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu, amma yardım üçün bələdiyyənin fondunda elə bir maddi imkanlarının olmadığını bildirib: "Bu saat bir neçə ailə var ki, evləri qəzalı vəziyyətdədir, amma kömək edə bilmirik. Çünki buna maddi imkanımız yoxdur. Yaxşı olar ki, evi sənədləşdirib sığorta şirkətinə müraciət etsinlər. Onda, bəlkə, qadına kompensasiya ödənilə və o, bu pulla evini tikə bilər”.

Vasif Əlihüseyn
Tarix: 4-01-2017, 10:44
Xəbəri paylaş





Xəbər lenti