İcra başçısı yenidən qızıl arzusunda - NİZAMƏDDİN QULİYEVİN QIZIL "SEVDASI" BİTMƏK BİLMİR....

İcra başçısı yenidən qızıl arzusunda - NİZAMƏDDİN QULİYEVİN QIZIL "SEVDASI" BİTMƏK BİLMİR.... Erməni faşistlərinin tapdağı altda qalan ,talan olunmuş milli abidələrimiz az deyil.Lakin hazırda nəzarətimiz altında olan,igidlərimizin qan bahasına qoruduğu abidələrimizə də qarşı “özümüzünkülər” sui-qəsd törədirlər .
Bir qrup şəxs (deyilənə görə, İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin tapşırığı ilə) qızıl tapmaq “sevdası”na düşərək sərhəd bölgəsi sayılan Goranboy rayonu ərazisində yerləşən və Azərbaycan-Türkiyə qardaşlığının müştərtək abidəsi sayılan “Osmantəpə”də qeyri-qanuni qazıntı işləri aparıblar.
Lakin Mədəniyyət və Turizm Nazirliyinin həyəcan siqnalından sonra bu əməliyyatın qarşısı alınıb.

Goranboy rayonu ərazisində yerləşən və Azərbaycanla Türkiyənin müştərək arxeoloji abidəsi sayılan “Osmantəpə”yə qarşı qəddarlıq ulu keçmışımizə,babalarımızın ruhuna ən böyük hörmətsizlkdir. Eşitdiklərimizə görə, bu goreşənlərin başında dayanan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev necə olursa-olsun, kurqanlarda olduğu güman edilən qızılları ələ keçirmək istəyir.
Çünki həmin axtarışların ilkin mərhələsində rayon İcra Hakimiyyətindən iki nəfər həbs olunub, lakin hansısa qüvvələrin hesabına həmin şəxslər üç gündən sonra azadlığa buraxılıblar. Bu qədər senssasiyaya məhəl qoymayan goreşənlər təzə qədəm qoyduğumuz 2017-ci ilin yanvarında yenidən “Osmantəpə”yə qarşı qəddarlığa başlayıb, hay-küy yaranmasın deyə də, burada əllə qazıntı işləri aparmağa çalışıblar.
Sonda səs-küy qopduğunu görüb,yenidən həmin ərazilərin üstünü doldurub-malalamağa səy göstəriblər…
Ulu keçmişimizə hörmət budurmu!? Yəqin ki,əlaqədar qurumlar bu məsələni dərindən araşdıracaqlar!..
Ələsgər Təhməzov,
Goranboy sakini
Gununsesi.info
Tarix: 24-01-2017, 16:09
Xəbəri paylaş





Xəbər lenti