Bu səbəbdən qazsız qalırıqmış! – ŞOK İDDİA

Bu səbəbdən qazsız qalırıqmış! – ŞOK İDDİA Qış mövsümünün başlanmasından bu aya qədər Gəncədə təbii qazın nəqli istiqamətində müntəzəm problemlər yaşanmaqdadır.

Martın 27-dən isə Gəncəyə təbii qazın verilməsi demək olar, dayandırılıb. Bu haqda 24saat.org-a verilən xəbərə görə, əhali istehlak qruplarına mavi yanacaq ancaq axşam saatlarında verilir.


Bu zaman təzyiqin olduqca aşağı olması sakinləri bu yanacaq növündən istifadəsini mümkünsüz edir.

Vətəndaşlardan Əbülfəz Əliyev, İslam Tağıyev, Orxan Məmmədov bildirirlər ki, dəfələrlə Gəncə Qaz İstismar İdarəsinə problemlə əlaqəli zəng etsələr də, telefon dəstəyini qaldıran olmayıb.

Aidiyyəti idarəyə yollanan vətəndaşlara isə bildirilib ki, qaz xətlərində təmir – qurma işləri aparılır və tezliklə qazın verilməsi bərpa ediləcək. Lakin problem həll olunmayıb.

Qaz İstismar İdarəsində çalışan bəzi əməkdaşlar qeyri-rəsmi bildiriblər ki, SOCAR-dan onlara göstəriş var ki, qazın əhali istehlak qruplarına verilməsində məhdudiyyətlər yaradılmaqla mavi yanacağa qənaət olunsun.

Çünki ölkənin beynəlxalq öhdəlikləri var, təbii qazın bütün istehlak və xarici ölkələrə nəqli eyni anda alınmır. Çünki qaz çatmır. İstehsal olunan qaz kütləsi istehlak olunandan və beynəlxalq öhdəlikləri yerinə yetirməkdən ötrü azlıq təşkil edir.

Qeyd edək ki, Gəncə şəhərində əhali istehlak qruplarına təbii qazın satışı ilkin SMART tipli kartlar vasitəsilə öncədən ödəmə ilə həyata keçirilir. Üstəlik ölkə vətəndaşlarına təbii qaz xarici ölkələrlə müqayisədə, ən azı 1.5 dəfə daha baha satılır.

Siam.az
Tarix: 31-03-2017, 14:48
Xəbəri paylaş





Xəbər lenti