Saatlı Gigiyena və Epidemiologiya Mərkəzi niyə “ölü təşkilat”a çevrilib? - İTTİHAM
Gigiyena və Epidemiologiya Mərkəzinin əsas vəzifəsi insanın yaşadığı mühit faktorlarının onun sağlamlığına təhlükəli və zərərli təsirinin qarşısının alınmasından, müəyyən edilməsindən və ləğvindən ibarət olub, əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş profilaktik, gigyenik, əks-epidemik və tibbi sosial tədbirlərin yerinə yetirilməsi üzərində Dövlət sanitariya nəzarətinin təşkili və həyata keçirilməsidir.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, təəssüf edirik ki, belə bir səlahiyyətli , zəruri və vacib bir idarə Saatlı rayonunda ölü təşkilata çevrilib. Daha dəqiq desək, Saatlı Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi, həm də Saatlı Rayon Mərkəzi Xəstəxanasında təcili tibbi yardım şöbəsində həkim işləyən, yaşı 70-i haqlamış Çingiz Fətullayevin yem mərkəzinə çevrilib. Ç.Fətullayev mərkəzi bazarlığa çevirib. Yəni diplomundan, savadından, yaşından, təhsilindən asılı olmayaraq, kim 1000 manat (800 manatdan aşağı olmaz) versə, ona GEM-də iş verir. İş deyəndə ki, adını ştata salır və deyir ki, ayda bir dədəfə gəl maaşını al, onda da 15 bizə manat ver get. Bizim də verən yerlərimiz var.
Maliyyə Nazirliyi Saatlı Gigiyena və Epidemiologiya Mərkəzində illik yoxlama apardıqdan sonra burada xeyli çatışmazlıq, dövlət vəsaitinin düzgün xərclənmədiyi aşkarlandı. Yeyinti çox olduğundan sənədlər Saatlı Rayon Prokurorluğuna göndərilib. Mərkəzin direktor əvəzi Çingiz Fətullayev hay-həşir salır ki, bu yeyinti məndən əvvəl direktor işləmiş Mamed Astanovun dövründə olub.
Hay-həşir salmaq Çingiz həkimin köhnə adətidir. O, M.Astanovun direktor olduğu vaxtlarda da tez-tez mərkəzdəki “yeyinti” barədə rayon prokurorluğuna, gah da Səhiyyə Nazirliyinə ərizələr yazır, sonra Mamed Astanovdan 200-250 manat aldıqdan sonra ərizəsini geri götürürdü. Guya kişi hirslənib yazıb. Əgər bu faktın doğruluğunu yoxlamaq istəsəniz, rayon prokurorluğuna sorğu verib Çingiz Fətullayevin neçə dəfə şikayət ərizəsi yazdığını və sonradan geri götürdüyünü dəqiqləşdirə bilərsiniz. İndi Çingiz həkim Maliyyə Nazirliyinin yoxlamasından sonra yenə vay-şüvənlik salıb yeyntinin Mamed Astanovun dövrünə aid olduğunu sübut etmək istəyir. Ancaq unudur ki, özü 2 ilə yaxındır ki, Saatlı Gigiyena və Epidemiologiya Mərkəzinə rəhbərlik edir. Bəlkə 2 ilə yaxındır Türkiyədə yaşayan Mamed Astanov Çingiz həkimin əvəzinə sənədlərə imza atıb? Bəlkə son vaxtlar yaşından, təhsilindən, ixtisasından asılı olmayanları Mamed Astanov işə qəbul edib? Bəlkə son vaxtlar işə qəbul olunanlardan 800-1000 manatı da Mamed Astanov alıb?
Çingiz Fətullayevin paxırlarının üstü açılan kimi, dərhal vay-şüvənliyə başlayır: Mən Saatlıda YAP-ı yaradanlardan biriyəm, özüm də 1 nömrəli seçki məntəqəsinin sədriyəm. Canımı qoyuram. Buna görə heç kim Çingiz Fətullayevə zəruru sahə olan Gigiyena və Epidemiologiya Mərkəzini ölü təşkilata və ya bazara çevirməyə haqq vermir. Qanun hamı üçün qanundur. Hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir.
Yəqin ki, Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Saatlı GEM-ni “dirildəcək” və yaşı 70-i haqlamış Çingiz Fətullalyevə xatırladacaq ki, 65 yaşdan sonra pensiya vaxtındır, iki yerdə işləmək qanuna ziddir, həm də bu vəzifənin biri direktorluqdur.