Tərtərin başçısı Qarağacıda səyyar qəbul keçirib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə
uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri
keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən
məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında
aradan qaldırmaqdır. Bu barədə SİAM.AZ-a yerli RİH-dən xəbər verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş
qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaraağacı kəndində
keçirilib.
Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon
şöbəsinin rəisi Elşən Abdullayev, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri
iştirak ediblər.
Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş
şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyub.
Rayon rəhbəri qəbulda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29
sentyabr 2022-ci il tarixli sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, il
çərçivəsində rayonda keçirilən və keçiriləcək tədbirlər haqqında,Türkiyə Prezidenti
Rəcəb Təyyub Ərdoğanın Azərbaycana rəsmi dövlət səfərindən,onun Heydər Əliyev
Beynəlxalq Aeroportunda qarşılanma və yolasalınma mərasimindən ,“Bir millət iki
dövlətin” sınaqlardan çıxmış tarixi dostluğundan danışıb.
İcra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də
rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun
yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində
qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış
kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi
veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib.
Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə
məlumat verilib.
Bildirilib ki, Qaraağacı kəndinin 1007 hektar ərazisi, 326 təsərrüfatı, 1485 nəfər əhalisi
var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 3 ticarət, 2
iaşə və 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 660 baş iribuynuzlu, 412 baş xırdabuynuzlu heyvan, 3018 baş quş, 63 arı
ailəsi  saxlayırlar.
Son üç ildə Qaraağacı kəndində kəndarası yolların 3 km hissəsi təmir edilib, kənd
ərazisində 4500 ədəd çəkil tingi əkilib, 1 ədəd subartezian quyusu istifadəyə verilib, 7
ədəd subartezian quyusunun nasosu təmir olunub, 2 ədəd elektrik trasformatoru təmir
olunub, kənd arası elektrik xətləri kabelləşdirilib, su arxları 10 km məsafədə lildən
təmizlənib Qaraağacı kənd tam orta məktəbi təmir olunub, yol kənarları alaq otlarından
təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra
Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini
qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən
nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha
qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına
ehtiyac olduğunu bildirib.
İcra başçısı sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Qabil Əhmədov qəbristanlığa gedən yolun təmir olunmasına
köməklik, Qurban Əliyev və Elşən Abbasov subartezian quyusunun təmir olunması,
Xəlil Əhmədov su arxından çıxan lilin yol kənarından təmizlənməsi və digər məsələlər
ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon
rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tərtərin başçısı Qarağacıda səyyar qəbul keçirib


 
Tarix: 14-06-2023, 22:40
Xəbəri paylaş





Xəbər lenti