Tərtərdə şəhid ailələrinə, qazilərə diqqət və qayğı həmişə öndədir: Rayon rəhbəri 75 yaşlı şəhid anasını ziyarət edib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci 
Qarabağ Müharibəsi şəhidi Vüqar Allahverdiyevin anası Zənfurə müəlliməni 
75 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı Alışarlı kəndində 
ziyarət edərək, onu təbrik edib, qayğıları ilə maraqlanıb.

Zənfurə müəllimə uzun illər həyat yoldaşı Azay müəllimlə birgə şagirdlərin 
təlim tərbiyəsi ilə məşğul olub, onlara “ana”, ”vətən” kəlmələrini öyrətməklə 
yanaşı, şagirdlərinə də övladları kimi vətənpərvərlik hissləri aşılayıb.
Ailənin 4 oğul, 1 qız övladı olub. 1973-cü ilin 26 yanvar tarixində anadan olan 
Vüqar ailənin ikinci övladı idi. Torpaqlarımızın azadlığı uğrunda savaş 
gedəndə oda döyüşə gedib və 1992-ci ilin 12 noyabr tarixində 21 yaşında 
Vəng kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Bu gün Allahverdiyevlər ailəsinin 4 övladı, 19 nəvəsi olsa da Vüqarın yeri 
həmişə görünür.
İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar 
kimi oğul böyütdüklərinə görə təşəkkür edib. Zənfurə müəlliməni 75 yaşı 
münasibəti ilə təbrik edərək ona Tərtər Rayon İcra Hakimiyyətinin 
təşəkkürnaməsini və hədiyyə təqdim edib. Torpaqlarımızın Vüqar kimi oğullar 
sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid 
ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan 
danışıb.
Şəhid Vüqar Allahverdiyevin valideynləri  şəhid ailələrinə göstərilən diqqət və 
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 
Tarix: 14-06-2023, 22:48
Xəbəri paylaş





Xəbər lenti