Tərtərdə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub


Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniyyət İdarəsinin 
birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə  Tərtər Rayon İcra Hakimiyyətinin 
başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  YAP 
rayon təşkilatının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, 
müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin 
nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə 
müğənni Yeganə Mürsəlovanın və Bərdə Regional Mədəniyyət İdarəsinin 
tabeliyindəki şəhər və rayonların mədəniyyət işçilərinin çıxışları iştirakçılar 
tərəfindən maraqla dinlənilib.
Tarix: 16-06-2023, 08:26
Xəbəri paylaş





Xəbər lenti