“Heydər Əliyev İli” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günü münasibəti “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib


“Heydər Əliyev İli” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə rayon 
icra hakimiyyətinin təşkilatçılığı, politoloqların və ziyalıların iştirakı ilə “Milli 
dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin 
deputatı, politoloq Sahib Alıyev, “Azərbaycan  Televiziya və Radio Verilişləri”  QSC-nin 
sədr müavini Rüfət Həmzəyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, 
idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, 
səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət  və KİV 
nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti 
olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon 
Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Tərtər rayonuna səfərlərini əks etdirən 
fotositentlərə baxıblar.
Rayon  Mədəniyyət Mərkəzində davam edən tədbir Dövlət himninin səsləndirilməsi ilə 
başlayıb. Ümummilli Liderin və torpaqlarımızın  ərazi bütövlüyü uğrunda canından 
keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə  “Azərbaycan  Televiziya və Radio Verilişləri”  QSC-nin sədr müavini Rüfət 
Həmzəyev, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev, rayon Ağsaqqallar Şurasının 
sədri Faiq Məmmədov çıxış ediblər. Çıxış edənlər tədir iştirakçılarını və onların 
timsalında bütün Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin anadan 
olmasının 100 illiyi və 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəbdən təbrik 
ediblər.
Qeyd olunub  ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını 
həll edir, yüksək dəyər kəsb edir. Hər il iyunun 15-də bayram etdiyimiz Qurtuluş günü də 
bizim  xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir.
Bildiyiniz kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir 
dövr olmuşdur. Hələ o, vaxt 1990-cı ilin qanlı yanvar günlərində Azərbaycan xalqının 
böyük oğlu Heydər Əliyev heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın 
Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən 
vəhşiliklərə görə kəskin bəyanat verdi. Təbii ki,  bundan sonra o, Moskvada qala 
bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr 
yaradırdılar. Heydər Əliyev dünyaya göz açdığı ana vətəninə - Naxçıvana qayıtdı. 
Vətənə qayıdan ulu öndəri xalqının düşdüyü ağır vəziyyət narahat etdi. Xalqın tələbi ilə  
Heydər Əliyev siyasi fəaliyyətə başladı. Bu da təsadüfü deyildi. Müdrik xalqımız yaxşı 
bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, 
lider lazımdır. Heydər Əliyevi respublikanın və Naxçıvanın ali qanunverici orqanlarının 
deputatı, daha sonra Muxtar Respublika parlamentinin sədri seçdilər. Bu seçim 
Naxçıvan Muxtar Respublikasını erməni işğalından xilas etdi. Böyük insanın 
Naxçıvanda yaşadığı dövrdə - 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci 
dəfə dövlət  müstəqilliyini elan etdi. Müstəqilliyin əldə edilməsi çətin olsa da, onun 
qorunub saxlanması ondan daha çətin idi.
Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir 
yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin 
xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar 
atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə 
təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara 
sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Belə bir 
çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı 
düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. 
Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali 
Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, 
ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.Ulu Öndər  hakimiyyətə 
gəlişi ilə Azərbaycanı parçalanmaqdan,vətəndaş müharibəsindən,xaosdan 
qurtardı,müharibələr tarixində uzun müddətli atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” 
imzalanaraq dünyanın ən böyük şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb edildi, xam 
neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə 
Azərbaycan, Gürcüsatan və Türkiyə Cumhuriyyəti arasında saziş bağlamış iqtisadi 
islahatlar ardıcıl olaraq həyata keçirildi.
 Azərbaycan xalqı özünün doğma və böyük oğlu, Heydər Əliyevə sədaqətini, inamını və 
məhəbbətini daha yekdilliklə nümayiş etdirdi.
Ulu öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən biri də bu 
gün milyonların partiyasına çevrilən, 750 minə yaxın üzvü sıralarında birləşdirən Yeni 
Azərbaycan Partiyasının yaradıcısı olmasıdır. Yeni Azərbaycan Partiyasının yaradılması 
ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər 
Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətində həmin illərin 
reallıqları öz əksini tapmışdır. 
Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə müxtəlif bölgələrdən 550 
nümayəndənin iştirakı ilə təsis konfransını o dövrdə siyasi hakimiyyətdəkilərin 
ədalətsizliyi ucbatından Bakıda deyil, Naxçıvanda keçirdi və ulu öndər Heydər Əliyev 
partiyanın Sədri seçildi.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu 
günün və gələcəyin partiyasıdır. 
Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 
Heydər Əliyevin Vətəni, xalqı, dövləti qarşısındakı xidmətlərini belə ümumiləşdirə bilərik: 
Ulu Öndər Heydər Əliyev Böyük Azərbaycanlı idi. İllər keçdikcə dahi şəxsiyyətin 
ölkəmizin bu gününə hesablanmış siyasətinin uğurlarının nə qədər böyük olduğu daha 
aydın görünür, yüksək dəyərləndirilir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, 
Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!
Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham 
Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm Ali Baş Komandan İlham Əliyevin 
rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ildən sonra 44 günlük Vətən 
müharibəsində torpaqlarımızı işğaldan azad etdi, müstəqilliyimiz daha da gücləndi.
İcra başçısı çıxışında bir daha tərtərliləri Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, 
onlara Müstəqil Azərbaycanımızın inkişafı naminə işlərində uğurlar diləyib. Bildirib  ki, 
bu gün hər birimiz inamla deyirik: Xalq Ulu Öndəri sevir, onun siyasətinə sadiqdir.
Sonda icra başçısı tərəfindən 4 nəfər qaziyə “Vətən müharibəsi iştirakçısı” medalı, 
qonaqlara isə rayon icra hakimiyyətinin təşəkkürnüməsi və xatirə hədiyyəsi təqdim 
edilib.
Tarix: 16-06-2023, 08:53
Xəbəri paylaş





Xəbər lenti