Tərtər rayonunda "Əmək yarmarkası" keçirilib



Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının 
təşkilatçılığı ilə iyunun 23-də Tərtər Rayon Mədəniyyət Mərkəzində  22 
işəgötürənlə əmək yarmarkası keçirilib. Əmək yarmarkasında əmək 
bazarının müxtəlif iqtisadi sahələri üzrə 300 yaxın peşə və ixtisas tələb 
edən vakansiyalar ictimaiyyətə açıq elan edilib. Yarmarkada Tərtər, Bərdə, 
Ağdam və Ağcabədi rayonlarından olan 900 yaxın vətəndaş iştirak edib.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət 
Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək 
Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə 
maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.

Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən 
CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə 
məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Tarix: 23-06-2023, 23:26
Xəbəri paylaş





Xəbər lenti