Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün münasibəti ilə konsert proqramı təşkil olunub


Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət 
İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə  Tərtər Rayon İcra 
Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələrinin üzvləri, 
qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, ziyalılar, rayon 
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev adına parkda açıq yay klubunda təşkil olunmuş konsertdə 
Tərtər Rayon Mədəniyyət Mərkəzinin və Uşaq Musiqi Məktəbinin 
kollektivlərinin çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib.
Tarix: 15-07-2023, 10:02
Xəbəri paylaş





Xəbər lenti