Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər-Hindarx
avtomobil yolunun Qaraağacı kəndi ərazisindən keçən hissəsində ağacəkmə
aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,
YAP rayon təşkilatının sədri Eldar Əsədov, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin, 9 nömrəli
Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin əməkdaşları, qazilər,
veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri, İƏD üzrə nümayəndələr,
bələdiyyələr, konüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov bildirib ki, aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin
sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ
etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların
çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən
ibarətdir.
Qeyd edək ki, həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb,
1000 ədəd eldar şamı əkilıib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki
qaydada qulluq göstərilib.

Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Tarix: 4-04-2024, 13:48
Xəbəri paylaş





Xəbər lenti