Qubanın Vəlvələ kənd sakinlərinin acınacaqlı vəziyyəti: “İftara su tapmırıq” - VİDEO
Qubanın Vəlvələ kəndinin sakinləri içməli suya həsrətdirlər.
Onlar 15-16 ildir ki, suyu pul ilə aldıqlarını bildiriblər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem həll olunmayıb:
“İmkanımız yoxdur ki, 20-30 manat verib çənə su alaq. Üst-başımız palçıq içindədir, gedirik meşəyə, gecə 2-yə kimi atla, eşşəklə ancaq su daşıyırıq. İftarda orucu açmağa su tapa bilmirik. Çox çətindir, belə yaşamaq olmaz”.
Məsələ ilə bağlı bələdiyyədən isə bildirilib ki, yaxın vaxtlarda kənddə artezian quyusu qazılacaq.