Tərtər rayonunda “Vətən Bağı” adlı ağacəkmə layihəsi həyata keçirilib
Tərtər rayonunda “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə “Vətən Bağı” ağacəkmə layihəsi həyata keçirib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Qırmızı Ürəklər” (“RedHearts”)Fondunun,PaşaHoldinq,KapitalBankvəTərtərRayonİcra HakimiyyətinindəstəyiiləkeçirilənağacəkməaksiyasındaTərtərRayonİcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov,Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Anar Əliyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov,Red HeartsYardımFondununPrezidentiSevdaHaqverdieva,“KapitalBank”ınTərtər filialının müdiri Şəhriyar Mehdiyev, şəhid ailələri, qazilər iştirak ediblər. Tərtər rayonunun Qazyan kəndi ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun olaraq 200 ədəd eldar şamı və 200 ədəd tuya şamı əkilib. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.