İcra başçısı 88 yaşlı Səttar Muradovu ad günü münasibəti ilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarıcalı
kənd İnzibati ərazi Dairəsinin Zolgəran kəndində yaşayan, uzun illər 
aqrar sahədə çalışmış Muradov Səttar Muxtar oğlunu ad günü
münasibəti ilə ziyarət edib, təbrik edərək, ona bundan sonra da sağlıqlı
ömür sürməyi arzulayıb və onun qayğıları ilə maraqlanıb.
Səttar Muradov ixtisasca aqronomdur,onun 60 illik əmək fəaliyyətinin
55 ili Zona Təcrüb Stansiyası ilə bağlıdır. Zəhmətkeş, ailə canlı bir
ağsaqqaldır. Səttar kişinin 4 övladı, 9 nəvəsi, 4 nəticəsi var. Hamı bir
araya yığılanda böyük bir məclisi xatırladır.
Rayon rəhbəri ilə ötən ömür yoluna nəzər salan ağsaqqal əmək
fəaliyyəti və həyatı ilə bağlı xatirələrini onunla bölüşüb. Ağsaqqalı
dinləyən icra başçısı onun ömür yolunun gənclərə bir örnək olduğunu 
bildirib, ona ən səmimi arzularını çatdıraraq Səttar Muradova rayon icra
hakimiyyəti tərəfindən uzun illər aqrar sahənin inkişafında fasiləsiz
əmək fəaliyyətində  rayonun ictimai-siyasi həyatında fəal iştirakına
görə fəxri fərman və qiymətli hədiyy təqdim edib.
Səttar Muradov göstəriən diqqət  qayğıya görə  Azərbaycan
Respublika Prezidenti cənab İlham Əliyev  rayon rəhbərin öz
təşəkkürünü bildirib.


Tarix: 10-04-2024, 18:17
Xəbəri paylaş





Xəbər lenti