Bir müddət əvvəl redaksiyamıza müraciət edən Naxçıvan şəhər İcra Hakimiyyəti rəhbərinin sabiq müavini Səfər Əliyevin Prezidentə müraciətlərini yayımlamışdıq. Şikayətçi müraciətində müxtəlif sahələrdə 22 il dövlət məmuru kimi işləməsinə baxmayaraq, fəaliyyətində hər hansı nöqsanın olmadığını bildirir və işə bərpa olunmasını tələb edirdi. Ovqat.com-un ünvanına Naxçıvandan digər bir şikayət məktubu daxil olub. Budəfəki məktub müəllifinin şikayəti isə Səfər Əliyevdəndir.
İddiasına görə, o, 2018-ci ildə işlədiyi Əliabad qəsəbəsinin İcra nümayəndəliyindəki müavin vəzifəsindən qanunsuz olaraq uzaqlaşdırılıb. Onu uzaqlaşdıran isə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Səfər Əhmədov olub.
Şikayətçinin israrlı tələblərini nəzərə alıb zəruri hesab etdiyimiz kiçik ixtisarla məktubunu yayımlayırıq. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq:
“Hörmətli Heydər müəllim!
Heydər müəllim, sizi Naxçıvandan salamlayıram. Mən
Salahov Toğrul Əmrah oğlu 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddət ərzində dövlət qulluğuna qəbul olaraq Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad Qəsəbəsi üzrə İcra Nümayəndəliyində nümayəndənin müavini vəzifəsində işləmişəm, 2018-ci ilin noyabr ayında Naxçıvan şəhər İcra Hakimiyyətindən nümayəndəliyə yoxlama aparmaq üçün əməkdaşlar gəldilər. Yoxlama aparıldı nümayəndəlikdə heç bir nöqsan aşkar olunmadı, sonra məni Naxçıvan İcra Hakimiyyətinə çağırdılar və bildirildi ki, özün könüllü olaraq işdən azad olmağın barədə ərizə yaz! Mən bildirdim ki, hansı əsasa ərizə yazmalıyam, əgər xidmətimdə hər hansı bir nöqsan varsa xidməti yoxlama aparıb məni işdən azad edin.
Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısının müavini Səfər Əhmədovun tapşırığı olduğunu və ərizəni yazmağımın məsləhət olduğunu bildirildi. Mən fikirləşdim ki, həmin vaxtı Naxçıvan İcra Hakimiyyətinin başçı təyin olunmuş Mirsənanı Seyidovun qolbəyisi olan Səfər Əhmədov məni mənfi motivlərlə işdən azad edə bilər və bundan sonra heç bir yerdə işləyə bilmərəm ona görə də məcburi olaraq ərizə yazaraq işdən azad olunmağımı bildirdim. İşdən azad olunduqdan sonra öyrəndim ki, Səfər Əhmədov öz yaxın adamı Suliddin adlı şəxsdən rüşvət alaraq dövlət qulluğuna qəbul imtahanından keçmədən mənim yerimə, yəni Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad Qəsəbəsi üzrə İcra Nümayəndəliyinin nümayəndəsinin müavini vəzifəsinə təyin edibdir. Həmin vaxtdan sonra hara müraciət etdimsə məni işə qəbul edən olmadı, mən ailəmin maddi ehtiyaclarını qarşılamaq üçün restoranlarda xidmətçi işləməyə başladım, hal-hazırda idman zalında işləyirəm.
Naxçıvanda aparılan dəyişikliklərdən sonra Naxçıvan Ali Məclisinə bu barədə şikayət etdim, şikayətlə bağlı məni oraya dəvət etdilər, mən orda olan zaman Səfər Əhmədov oraya çağırıldı, orda Səfər məni tanımadığını bildirdi, Səfər Əhmədova bildirdilər ki, sənin tabeliyində işləmiş şəxsi necə tanımaya bilərsən, oradan Naxçıvan şəhər İcra Hakimiyyəti Əliabad Qəsəbəsi üzrə İcra Nümayəndəliyinin nümayəndəsi Rəşada zəng vurub bu barədə məlumat aldılar, Rəşad mənim dediklərimi təsdiq etdi. Sonra məni Mirsənani Seyidov qəbuluna çağırıb, mənim qanunsuz işdən azad olunmağım barədə xəbərinin olmadığını, mənim işdən azad olunmağımı Səfər Əhmədovun ondan xəbərsiz etdiyini bildirdi. Bundan sonra Səfər Əhmədov barəsində yoxlama aparılmağa başlandı və onun etdiyi qanunsuz hərəkətlər və haqsızlıqlar gün üzünə çıxmağa başladı.
Mən sizin sosial medyada olan hesablarınızı daim izləyirəm və daim həqiqətləri işıqlandırmağınızı və haqsızlığa qarşı apardığınız mübarizəni hər bir naxçıvanlı kimi alşıqlayıram. Naxçıvanda uzun illərdi öz səltənətini qurmuş xan rejiminin xalqa qarşı etdiyi haqsızlığı işiqlandıraraq cənab Prezidentimizin və aidiyyəti qurumların diqqət mərkəzinə salanın siz olduğunuzu və Naxçıvanı bu əsirlikdən qurtarmaqda böyük payınızın olduğunu hər bir Naxçıvanlı kimi yaxşı bilir və buna görə sizə minnətdarlığımı bildirirəm. Sizin səhifəni izləyən zaman mənim heç bir nöqsanım olmadığı halda qanunsuz olaraq işdən çıxmağa məcbur edən Səfər Əhmədov qanunsuz olaraq işdən çıxarıldığı bildiriyi məlumatı gördüm.
Hörmətli Heydər müəllim, siz daim həqiqətləri işıqlandırmısız, haqqın səsi olmusunuz, həmin Səfər Əhmədovun etmədiyi haqsızlıq qalmayıb, mənim kimi onlarca insana haqsızlıq edibdir. İndi orada sizin vasitənizlə özünü haqsızlığa məruz qalmış, gunahsız və ədalətli insan kimi ictimayyətə göstərmək istəyir. Səfər Əhmədovun etdiyi haqsızlıqlar, insanları qanunsuz işdən azad edərək mən də daxil olmaqla həmin şəxslərin ailələrini 1 quru çörəyə möhtac edibdir. İndi sizin facebook səhvənizdə yazılanları oxuduqca mənim başıma açdığı oyun yadıma düşür, az qalır ürəyim dayansız. Bu yazdıqlarımı araşdıra və hər birinin tam həqiqət olub-olmadığını yoxlaya bilərsiniz.
Heydər müəllim, sizdən xahişim ondan ibarətdir ki, bu yazdıqlarımı işıqlandırasınız.
Hörmətlə, Toğrul Salahov
Tarix: 29.03.2024”
Tarix: 14-04-2024, 22:50