Şəkinin icra başçısının müavinlərindən şikayət – “Bizə çatan yardımları mənimsəyirlər” – Videomüraciət

Şəkinin icra başçısının müavinlərindən şikayət – “Bizə çatan yardımları mənimsəyirlər” – Videomüraciət
Şəkidən Kənan Əhmədov Gundeminfo.az-a müraciət edərək Rayon İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənovdan və icra hakimiyyətinin şöbə müdirindən şikayətçidir. Kənan Əhmədov deyir ki, Şəki rayon Oxut kəndində DOST MMC-də işləyir və 326 manat əmək haqqı alır. Aldığı əmək haqqının da 80 faizi nikah pozulduğundan aliment olaraq tutulur. Şəki sakini deyir ki, aztəminatlı ailə olduğunu, tək yaşadığınıı nəzərə almaları üçün üz tütdub Şəi Rayon İcra Hakimiyyətinə.
“Bu ilin yanvar ayında üz tutduq İcra Hakimiyyətinə. İcra başçısının ikinci müavini Zərinə Cavadovanın qəbulunda olduq. Zərinə xanımın səhhətində problem olduğundan biz ərizə yazdıq və oradan ayrıldıq. 10 gündən sonra İcra Hakimiyyətinin ümumi şöbəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, sizə yardım ediləcək. Mart ayında təkrar yollandıq və bizi aldatdılar” deyə Şəki sakini bildirib.

Daha ətraflı vətəndaşın videomüraciətini təqdim edirik.

Yazıda adları çəkilən şəxlərin də mövqeyini dinləməyə hazırıq

Tarix: 15-04-2024, 22:54
Xəbəri paylaş





Xəbər lenti