Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq 
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində
keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar
şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət
təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd
sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış
abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin İrəvanlı kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən  danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, İrəvanlı kənd İƏD-nin 405 hektar ərazisi, 295 təsərrüfatı,
1039 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq-uşaq baxçası,
1 kitabxana, 5 ticarət oyekti, 4 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir.
Kənd sakinləri əkinçilik  maldarlıqla məşğul olurlar. Sakinlər 418 baş
iribuynuzlu, 592 baş xırdabuynuzlu heyvan, 5549 baş quş, 60 arı ailəsi
saxlayırlar.
Son üç ildə İrəvanlı kəndində 1 km məsafədə kəndarası yollar təmir edilib,
kənd ərazisində 1000 ədəd çəkil tingi, 350 ədəd müxtəlif növ ağac əkilib,
məişət tullantılarının məhf edilməsi üçün 2 ədəd quyu qazılmış, kənd
qəbristanlığı təmizlənmiş, yol kənarları alaq otlarından təmizlənərək səliqə-
səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq  üstünlüklərini qeyd edib  https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok  psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Münəvvər Cahangirova pay torpaq sahəsinə gedən yolun
zəbt olunması, Oqtay Əliyev kəndə gələn suvarma arxının təmizlənməsi 
digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə
götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar
verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 24-06-2024, 15:14
Xəbəri paylaş





Xəbər lenti