İstanbulda terror aktı törədənin kimliyi bilindi — SON DƏQİQƏ

İstanbulda terror aktı törədənin kimliyi bilindi — SON DƏQİQƏ İstanbulda gecə klubunda qətliam törədən cinayətkarın şəxsiyyəti məlum olub.

Ölkə.Az xəbər verir ki, terrorçu Qırğızıstan vətəndaşıdır.

Türkiyə hüquq-mühafizə orqanları terror aktında şübhəli bilinən caninin şəxsiyyətini müəyyən ediblər.

Bu, Qırğızıstan vətəndaşı, 28 yaşlı Yahya Maşrapovdur. Terrorçunun pasportu Türkiyənin " TRT World" dövlət kanalında nümayiş etdirilib.

Sənəd 2016-cı il 21 oktyabr tarixində Qırğızıstan dövlət reyestr xidməti tərəfindən verilib.

Cinayəkar hal-hazırda azadlıqdadır. Güc strukturları onun axtarışlarına davam edir.

Qeyd edək ki, terror aktına görə saxlanılanların sayı 14 nəfərə çatıb.


Hikmət
Tarix: 3-01-2017, 16:08
Xəbəri paylaş





Xəbər lenti