Criminal.az Bakıdakı yolu “dünyanın ən təhlükəli maşın yolu” kimi məhşurlaşdırdı - VİDEO

Criminal.az Bakıdakı yolu “dünyanın ən təhlükəli maşın yolu” kimi məhşurlaşdırdı - VİDEO Bir neçə gün əvvəl Criminal.az saytı Bakının mərkəzində təhlükəli vəziyyətlə bağlı yayımladığı video bir sıra məhşur telekanalların da müzakirə mövzüsu olub.

Bu hadisə xarici medianın da diqqətinə səbəb olub, Azərbaycandakı bu yol haqda olan məlumatlar “dünyanın ən təhlükəli maşın yolu” başlığı ilə dərc edilib.


Buna da bax: Bakının mərkəzində qatar avtomobillərin üzərinə sürdü - VİDEO

Videoda Neftçilər prospektində, ''PortBaku'' ilə üzbəüz avtomobillərin intensiv hərəkətdə olduğu yoldan qatar hərəkət edir. Lakin həmin yolda nə tənzimləyici, nə də işıqfor var. Qatar keçən zaman tənzimləyici olmadan sürücülər özlərini təhlükəyə atmaqdan çəkinməyərək sürətlə qatarın qarşısından keçərək yollarına davam edirlər.

Dünya mediası Bakının həmin yolunu dünyanın ən təhlükəli yollarından biri kimi təqdim ediblər.

Criminal.az
Tarix: 5-01-2017, 17:17
Xəbəri paylaş





Xəbər lenti