“Bu inhisarçı qurumu özəlləşdirmək lazımdır”- Politoloq AZAL-ı tənqid etdi

“Bu inhisarçı qurumu özəlləşdirmək lazımdır”- Politoloq  AZAL-ı tənqid etdi Yanvarın 9-dan Bakı-Gəncə-Bakı aviareysləri ləğv edilib.

Bu qərarın təəccüb doğurduğunu bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, bu qərar turizmin inkişafına mənfi təsir göstərəcək: “Bu ona bənzəyir ki, Rusiyada Moskvadan Sankt-Peterburqa, Türkiyədə isə İstanbuldan Ankaraya aviareyslər dayandırılır. Ruslar və türklər bunu təsəvvür belə edə bilməzlər. Bizdə isə ölkənin iki böyük şəhəri arasında hava əlaqəsi yoxdur. AZAL Bakıdan Gəncəyə uçuşların kommersiya baxımından səmərəli olmadığı üçün ləğv edib. AZAL-ın Gəncə reysini dayandırması prezidentin “2016-cı ildən şərəflə çıxdıq” və “turizm inkişaf edir” konsepsiyasına ziddir. Turizm necə inkişaf edir ki, AZAL Azərbaycanın ikinci böyük şəhərinə aviaresyləri dayandırır? Turizm marşrutlarında Gəncə və ətraf rayonların ziyarəti də yer alıb. Azərbaycana gələn turist dahi Nizami Gəncəvinin məqbərəsini, Göy-gölü, Şəmkiri və digər məkanları görmək üçün vaxt itkisinə yol vermədən təyyarədən istifadə etməlidir”.

AZAL dövlət büdcəsinə yükdür”

Politoloq hesab edir ki, AZAL aviareyslərdən imtina edirsə, bunun iki səbəbi var: “Ya Gəncə zonasına yollanmaq istəyən yerli və xarici turist azdır, ya da qiymətlər münasib deyil. Məncə, ikincidir. Azərbaycana gələn turistlərin sayı artır, elə yerli əhali də Gəncəyə hava nəqliyyatı vasitəsilə getmək istəyər. Sadəcə, qiymətlər münasib deyil. Bu isə AZAL-ın yarıtmaz idarəçiliyi ilə bağlıdır. Bu inhisarçı qurum dövlət büdcəsinə yükdür, özəlləşdirmək və digər təyyarə şirkətlərinə də daxildə fəaliyyət göstərməyə imkan yaratmaq lazımdır ki, rəqabət şəraitində qiymətlər vətəndaşa münasib olsun”.

Aydın
Cebhe.info
Tarix: 15-01-2017, 13:20
Xəbəri paylaş





Xəbər lenti