Vahid Nuriyevlə bağlı yazıya -TƏKZİB

Azərbaycan Respublikası DİN Baş DYP İdarəsindən

Saytınızda dərc edilmiş “Ramil Usubovun əmrinə tabe olmayan Vahid Nuriyevin fikri nədir?” başlıqlı məqalədə göstərilənlərlə əlaqədar bildiririk ki, yazıda “Baş DYPİ-nin 403-cü otağı” kimi təqdim olunan xidməti otaq nəqliyyat vasitələri üzərində qeydiyyat hərəkətləri ilə bağlı müraciət edən vətəndaşların məmnunluğunun və rahatlığının təmin edulməsi məqsədilə Mərəkəzi Məlumat Xidməti nəzdnində təşkil edilmiş fəaliyyətdir. Xidmətin əsas istiqamətlərindən biri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimənin 2 ay müddətində ödənilmədiyinə görə inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul etməsi nəzərdə tutulduğundan nəqliyyat vasitəsini alan şəxsin əvvəlki sahibinin yol verdiyi inzibati xəta ilə bağlı ödənilməyən cərimələrə və icra olunmamış inzibati materiallara görə yollarda saxlanılma, habelə alıcı ilə satıcı arasında sonradan hər hansı narazılığın yarana biləcəyi hallarının qarşısının alınmasıdır.

Məqalədəki digər xüsusatlarla bağlı qeyd edirik ki, həmin Məcəllənin 125-ci maddəsinin tələblərinə əsasən Baş DYP İdarəsinin mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sisteminə yerləşdirilir və qanunvericiliklə müəyyən edimiş qaydada həmin orqan tərəfindən nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat dərhal göndərilir.

Bununla yanaşı bildiririk ki, nəqliyyat vasitəsinin istifadəçisi üçün “ASAN ödəniş” informasiya sistemində yaradılmış elektron kabinetdə, eləcə də Daxili İşlər Nazirliyinin “E-xidmet.gov.az” internet portalında şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərarla tanış olmaq, habelə istənilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının rekvizitlərini daxil etməklə həmin nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında məlumat əldə etmək və plastik kart vasitəsilə internet üzərindən ödəniş aparmaq imkanları yaradılmışdır ki, bu səbəbdən Baş DYP İdarəsinin mərkəzi məlumat xidmətinə müraciət etmədən də ödənişlərin həyata keçirilməsi mümkündür.

Təşkil edilmiş xidmət vasitəsilə həm də qanunvericilikdə nəqliyyat vasitəsinin başqa regionda təkrar dövlət qeydiyyatından keçirilməsi üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı edilmiş dəyişikliklər, habelə şəxsin inzibati xətaya yol verməsi haqqında məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədiyi təqdirdə həmin protokolun inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilməsi nəzərə alınaraq, icrası yaşayış yeri üzrə nəzərdə tutulan inzibati xəta haqqında protokollar üzrə qərarların qeyd olunan müddət keçmədən yerində çıxarılması üçün şərait yaradılmışdır ki, bu da vətəndaşların əlavə vaxt itkisinə yol vermədən, yəni qərarın çıxma müddətini gözləmədən müvafiq cərimələrin ödənilməsini təmin etmələ qeydiyyat hərəkətlərinin həyata keçirilməsinə imkan yaradır.
Tarix: 19-01-2017, 21:12
Xəbəri paylaş





Xəbər lenti