Prezidentin nəzarətə götürdüyü işin aqibəti

Prezidentin nəzarətə götürdüyü işin aqibəti Naftalan sakini Baş Prokurorun onu aldatdığını deyir

Naftalan şəhər sakini Seyidov Mirdavud Mirsədrəddin oğlu övladı Seyidi Paşanın intihar səbəbinin araşdırılmasından narazı olduğunu bildirir.

Seyidov Mirdavud azadliq.info-ya bildirir ki, oğlu Seyidi Paşa Davud oğlu 2014-cü ilin dekabrın 10-da Naftalan şəhər sakini Məmmədov Niyaməddin Qəhrəman oğlunun onu özünü öldürmə həddinə çatdırması nəticəsində Naftalan şəhər Nizami küçəsi 15-də yerləşən Köhnə bazar deyilən istifadəsiz tikilidə özünü asaraq öldürmüşdür. Fakta görə Goranboy rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 140476028 nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır. Goranboy rayon prokurorluğunda cinayət işinin istintaqı tam, hərtərəfli və obyektiv aparılmadığından əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Hadisənin təfərrüatı barədə bütün aidiyyatı orqanlara dəfələrlə müraciət etdiyini deyən ata heç bir müsbət nəticəyə nail olunmadığını da bildirib.


Vətəndaş Ermənistan ərazisinə keçmək istəyib

“Ötən ilin sonunda artıq bezərək bütün ailə üzvlərimlə birlikdə Ermənistan ərazisinə keçməyi qət etdik. Bundan xəbər tutan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı məsələ ilə bağlı ölkə başçəsıa məlumat verildiyini bildirərək, Baş prouror Zakir Qaralovun bizi qəbul edəcəyini bildirdi. Dekabrın 17-də icra başçısı özü bizi Bakı şəhərinə gətirdi. Zakir Qaralov həqiqətən bizi qəbul etdi. Bizim yanımızda Baş Prokrurorun müavini Rüstəm Usubova dedi ki, məsələni cənab prezident nəzarətə götürüb, hər gün bu işlə məşğul olub mənə məlumat ver, mən də prezidentə məruzə etməliyəm. Eləcə də, müstəntiq Elvin İbrahimova tapşırıq verildi ki, Naftalana gedib bütün adı çəkilən şəxslərdən izahat alınsın və iş tam və ətraflı araşdırılsın. Amma o vaxtdan bir ay səkkiz gün keçməsinə baxmayaraq bir xəbər yoxdur. Bu müddət ərzində bir dəfə müstəntiq mənə zəng edərək Bakıya gəlməyimi bildirdi, ona xatırlatdım ki, axı sizə tapşırıq verildi ki, Naftalana gələsiniz. Ondan sonra bir dəfə də, Gəncədən bir nəfər zəng edib dedi ki, Gəncəyə gəlin sizin izahatınızı alım. Deyəndə ki, siz kimsiniz? Mənə bildirdi ki, məndən Elvin İbrahimov xahiş edib. İzahatınızı alıb, ona göndərəcəyəm. Məğər Baş prokurorun tapşırığı belə olur? Prezidentin nəzarəti bu cür olur?”,- deyə Mirdavud Seyidov əməkdaşımıza bildirib.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Qarşı tərəfin mövqeyini gözləyirik.

azadliq.info
Tarix: 23-01-2017, 21:51
Xəbəri paylaş





Xəbər lenti