RAMİL USUBOV 2 GENERALI İSTEFAYA GÖNDƏRDİ! – DİN-də şok dəyişikliklər

RAMİL USUBOV 2 GENERALI İSTEFAYA GÖNDƏRDİ! – DİN-də şok dəyişikliklər Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

DİN-in mətbuat xidmətindən APA-ya S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Haqqın.az” saytı yayıb.

***

Daxili İşlər naziri Ramil Usubov 2 general və 1 polkovnikin vəzifəsindən azad olunması barədə əmr imzalayıb.

Haqqın.az saytının məlumatına görə, nazir DİN Mətbuat Xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov və DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayevi vəzifələrindən azad edib.

Bu xəbər hələ ki, rəsmi təsdiqini tapmayıb.

“AzPolitika” xatırladır ki, Sadiq Gözəlov və Həsən Şirinovun yaş məhdudiyyətinə görə vəzifələrindən azad olunacaqları gözlənilirdi.
Tarix: 24-01-2017, 20:05
Xəbəri paylaş





Xəbər lenti