Əziz Əzizov etimadı itirib-İcra başçısı yola salınır

Əziz Əzizov etimadı itirib-İcra başçısı yola salınır Cəlilabadın icra başçısı Əziz Əzizov kuratorunun etimadını itirib.
Tərəfdar.az xəbər verir ki, bununla bağlı mediada məlumat yayılıb. Bildirilir ki, Ə.Əzizovla rayonun kuratoru, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov arasında münasibətlər pozulub.


Azərbaycanın bölgələrinin qeyri-rəsmi olaraq müxtəlif məmur-oliqarxların kurasiyasında olduğu heç kimə sirr deyil. MTN olayları zamanı şahidi olduq ki, lazım olanda həmin rayonların rəhbərləri öz kuratorlarına qarşı çıxırlar. Məsələn, sabiq MTN şefi Eldar Mahmudova bağlı icra başçılarından sayılan Raqub Məmmədov, Arif Qasımov, keçmiş Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovun komandasında sayılan Ceyhun Cəfərov bu yolla özünü qorumuş oldu. Amma proses bitməyib və bir sıra məlumatlara görə, komandasında icra başçısı qopması yaşanan daha bir məmur Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur.
Xatırladaq ki, Cəlilabad rayonu Dövlət Əmlak Komitəsi sədrinin kurasiyasındadır və rayonun icra başçısı Əziz Əzizov da Kərəm Həsənovun yaxın adamı və “sağ əli”, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınır. Amma hazırda icra başçısı komitə sədrinin kölgəsindən çıxmış sayılır. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, K.Həsənovun Ə.Əzizovun yüksəlişi ilə bağlı vədləri sırasında onun hələ ötən il Abşeron rayonuna icra başçısı təyin olunması var imiş. Ancaq bu plan baş tutmayıb. Əksinə, MTN olaylarının dalğası komitə sədrini elə silkələyib ki, onun özünün postu belə təhlükə altına düşüb. Bu isə təbii ki, digər həmkarları kimi, Cəlilabad rəhbərini də yeni himayədar və yeni komanda haqda düşünməyə məcbur edib.
Əslində komitə sədri də icra başçısına tam güvənli olmayıb: “Hər iki övladı Əmlak Məsələləri Dövlət Komitəsində yüksək vəzifədə çalışan Cəlilabad rayon icra başçısının köməkçisi Malik Şərbətov bu inamsızlığa sübut ola bilər. M.Şərbətov əslində Adminstrasiyada yüksək post tutan bir məmurun kadrı kimi tanınıb. Amma onun icra başçısının yanında komitə sədrinin nəzarətcisi və məlumatçısı olduğu da hər kəsə bəllidir. Məhz bu səbəbdəndir ki, Ə.Əzizov “mehriban düşmən” olduğu köməkçisini istəsə belə vəzifəsindən azad edə bilmir”.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tərəfdar.az
Tarix: 24-01-2017, 22:54
Xəbəri paylaş





Xəbər lenti