Sensasiya: Vidadi Zeynalovdan binaların təmirini hansı icra başçıları istəyib? - Özəl siyahı

Sensasiya: Vidadi Zeynalovdan binaların təmirini hansı icra başçıları istəyib? - Özəl siyahı Rabitə işi üzrə məhkəmədə sensasion məqamlar açıqlanıb. Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov mühüm ifadə verib

Politika.Az-ın xəbərinə görə, məhkəmədə icra başçılarının saxtakarlığı üzə çıxıb. V.Zeynalov qeyd edib ki, bəzi rayonların icra hakimiyyəti başçılarının tapşırığı ilə telefon qovşağı binaları təmir olunub:

“Bununla bağlı nazirliyə müraciət edilirdi. Bu məbləğ isə nazirlik tərəfindən ayrılırdı. Bina köhnə olduğundan, icra başçıları xahiş edirdi ki, rayonu gözəlləşdirmək üçün binanı təmir edək”.


Sabiq aparat rəhbərinin xahişləri yerinə yetirməsini başa düşmək olar. Hər nə qədər burada qanun pozuntusu varsa da, ümumilikdə Azərbaycan reallığı və sistemin tələbindən irəli gələn faktlardır. Hər halda V.Zeynalov rayon rəhbərlərinin xahişlərini yerə vurmayıb.

Maraqlısı isə budur ki, icra başçıları ciddi şəkildə qanunsuzluğa yol verib və binaların təmirinə ayrılan vəsaitləri mənimsəyib, nazirliyin pulları ilə gözlləşdirib. Əslində, həmin rayon icra başçılarının adları açıqlanmalıdır, ayrıca cinayət işi başlanmalı və araşdırma aparılmalıdır.

Politika.Az-ın əldə etdiyi xəbərə görə, bu icra başçılarının bəziləri məlumdur. İddialara görə, Saatlı icra hakimi Siraqəddin Cabbarov, Hacıqabul icra başçısı Əhməd Muxtarov, Lənkəran icra hakimi Taleh Qaraşovun adı keçir.

Habelə iddialara görə, Ağstafa rayon başçısı Məhərrəm Quliyev, Lerik rəhbəri Rövşən Bağırovun da adı hallanır.


Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər.

B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Tarix: 29-01-2017, 09:20
Xəbəri paylaş





Xəbər lenti