DYP-nin məşhur ismi Müşfiq Rəhimovun Abbas Abbasovla ortaqlığı üzə çıxdı

DYP-nin məşhur ismi Müşfiq Rəhimovun Abbas Abbasovla ortaqlığı üzə çıxdı 2012-ci ilin ortalarından başlayaraq, ta günümüzədək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bütün kritik situasiyalarda bir nəfərin – Baş nazirin sabiq müavini Abbas Abbasovun adı qabarıq şəkilidə üzə çıxıb. Tərəfdar.az Azpolitika.infoya istinadən bildirir ki, sanki, cəmiyyətə təsiretmə imkanına sahib hansısa gizli bir ələ lazım olub ki, sabiq baş nazir müavininin adı mövcud hakimiyyətə ən real alternativlərdən biri kimi təqdim edilsin. İnsafən, Abbas Abbasovun keçdiyi yol və malik olduğu əlaqələr də bu imicin möhkəmlənməsində az rol oynamayıb – adam siyasətdə və dövlət idarəçiliyində kifayət qədər bişmiş, Azərbaycanın daxilində və xaricində olduqca geniş biznes-siyasi-kriminal əlaqələrə və yetərincə maddi kapitala sahib nüfuzlu, təcrübəli şəxsdir! Təkcə 2012-ci ilin sonlarında – 2013-cü ilin prezident seçkiləri öncəsi yaradılan "Milyarderlər İttifaqı”ndakı (Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı) fəaliyyəti ilə Abbas Abbasov sübut edə bildi ki, o, istənilən zaman Putin Rusiyasının əlində Azərbaycan hakimiyyətinə qarşı ciddi bir silaha – real siyasi alternativə çevrilə bilər… Budur, Prezidentin ABŞ səfərindən sonra Azərbaycanın Qərblə yaxınlaşma meyli azacıq nəzərə çarpan kimi, son günlər Abbas Abbasovun adı yenidən ölkə siyasətinə transfer edilməkdədir… Və yenə də hakimiyyətə əsas iddiaçı qismində! Belə ki, "Azpolitika.info”ya Rusiyada yaşayan çox nüfuzlu soydaşlarımızdan birinin verdiyi məlumata görə, son günlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Rusiyadakı azərbaycanlı diaspora arasında da ciddi fəallıq və ikitirəlik yaradıb. Daha çox sabiq baş nazir müavininə yaxın şəxslər azərbaycanlılar arasında fəal təbliğat apararaq, bu vəziyyətin Rusiyanın bölgədə nüfuzunun artmasına gətirib çıxaracağından, ötən ilin yayında buraxılmış "Milyarderlər İttifaqı”nın fəaliyyətinin yenidən bərpasına zərurətin olduğundan və hətta Abbas Abbasovun baş nazir gətirilə biləcəyindən danışmağa başlayıblar… İşin daha maraqlı tərəfi isə odur ki, mənbəmiz Abbas Abbasovun təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərdiyini iddia edir. Onun söylədiyinə görə, Abbas Abbasova bu işdə əlaltdan dəstək verənlər sırasında yaxın qohumu olan ortağı – 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın siyahısından çıxarılmış sabiq deputat, "Diplomat-1” şirkətinin rəhbəri Aslan Cəfərov da var… ceferov Qeyd edək ki, mənbəmiz Aslan Cəfərovla bağlı indiyədək bilmədiyimiz bəzi faktları da diqqətimizə çatdırdı. Sən demə, Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicisi imiş! Mənbəmizin söylədiyinə görə, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, çox yaxın qohumçuluq əlaqələrindən qaynaqlanır. Belə ki, mənbəmizin iddiasına görə, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında "Buta” sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib… O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb… Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra Aslan Cəfərovun da "ulduzu” parlamış və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat da seçdirilmişdi. Ancaq Abbas Abbasovun son 3 il ərzindəki məlum fəaliyyəti 2015-ci il seçkilərində Aslan Cəfərovun da hakimiyyət tərəfindən qələminin qırılmasına gətirib çıxarmışdı… Hazırda Aslan Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi də xüsusi vurğulanır. Yeri gəlmişkən, onu da xatırladaq ki, Aslan Cəfərovun qohumları və iş ortaqları sırasında adı media aləmi üçün çox yaxşı tanınan başqa bir maraqlı isim də var – Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov! Bu, o Müşfiq Rəhimovdur ki, media uzun müddətdir onun Lənkəranda dəyəri milyonlarla ölçülən "Xəzər Palase” adlı hotel-restoran tikdirdiyini yazır. Bizə ötürülən siyahıda isə bu obyektə də şəriklikdə Abbas Abbasovun ortağının – Aslan Cəfərovun payının olduğu vurğulanır… Hazırda cənub zonasında fəaliyyət göstərən və tikilməkdə olan xeyli restoran və mağazaların adının salındığı bu siyahının Aslan Cəfərova və Müşfiq Rəhimova nə dərəcədə aidiyyətinin olub-olmadığını araşdırırıq… AzPolitika.info
Tarix: 31-01-2017, 09:33
Xəbəri paylaş





Xəbər lenti