Xankəndinin PUA ilə çəkilmiş ən son görüntüləri - VİDEO

Xankəndinin PUA ilə çəkilmiş ən son görüntüləri - VİDEO 26 ildir işğal altında olan Xankəndinin ən son görüntüləri yayılıb.

Siam.az Missiya.Az-a istinadən xəbər verir ki, ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilən görüntüləri İnstagramda paylaşıblar. Görüntülər Pilotsuz Uçuş Aparatı (PUA) ilə çəkilib.


Qeyd edək ki, Xankəndi şəhəri 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir.

Xankəndi Dağlıq Qarabağın ən strateji şəhərlərindən biridir. Sözügedən görüntüləri təqdim edirik:
Tarix: 31-01-2017, 10:40
Xəbəri paylaş





Xəbər lenti